Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

AB İrəvana pul ayırdı:Onlar Qarabağda qalır

 

Avropa Birliyi Suriya qaçqınlarının Ermənistana inteqrasiyasına kömək üçün İrəvana 3 milyon avro yardım ayırıb

Yenixeber.org:  Bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb.
Qeyd edək ki, Suriyada vətəndaş müharibəsi başlayana qədər bu ölkədə 110 min erməni yaşayıb. Müharibənin başlanmasından sonra ölkəni 90 min erməni tərk edib. Onların böyük qismi Livan, İordaniya, Türkiyə və Ermənistanda yerləşib. Rəsmi İrəvanın açıqlamasına əsasən, Ermənistanda məskunlaşan ermənilərin sayı 22 min nəfər təşkil edib.
İrəvan dəfələrlə ölkəyə əlavə valyuta ehtiyatlarının cəlbi üçün Suriya erməniləri adından istifadə edib. Ermənistan hökuməti bu erməniləri Azərbaycanın işğal edilmiş Qarabağ ərazilərində yerləşdirməyə çalışıb. Hətta İrəvan erməni diasporunun maliyyə imkanlarından yararlanaraq, Zəngilan və Qubadlı rayonlarının ərazilərində Suriya erməniləri üçün şəhərciklər salmağa cəhd də göstərib.
Maraqlı məqam isə Suriya ermənilərinin Ermənistanda yaşamaq istəklərinin olmamasıyla bağlıdır. Belə ki, Ermənistana gələn bu ermənilər ölkədəki işsizlik və ağır iqtisadi vəziyyət ucbatından daha yüksək rifah şəraitinin olduğu Avropaya müxtəlif vasitələrlə çıxış yolu əldə etməyə çalışırlar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam