Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

Putin Paşinyanı planını belə alt-üst etdi

 

Putindən Paşinyanı planını alt-üst edən TƏLİMAT

Ermənilərin Los-Ancelsdə pul yığma məqsədilə keçirdikləri telemarafona Rusiyada biznesləri olan ermənilər qoşulmayıb.

 Yenixeber.org: Telemarafonda 11 milyon 109 min dollar pul yığılıb.


Bu pulların Paşinyan hökumətinə dəstək məqsədilə toplandığı deyilir.

Erməni şərhçi Aram Amatuni yazır ki, Rusiyada fəaliyyət göstərən erməni milyarderlər telemarafona bir sent belə yardım etmədilər.

“Serj Sarkisyanın dövründə Rusiyadakı erməni milyarderlərin Ermənistana kapital yatırımı mövcud idi. Bununla bağlı xüsusi proqramlar da hazırlanmışdı. Lakin Paşinyan gələndən sonra görünür onların Ermənistana siyasi marağı azaldı. Burada Moskvanın da təsiri açıq görünür. Çünki Rusiyadakı erməni milyarderlərin Kreml hakimiyyətinin tapşırıqlarına uyğun hərəkət etdiyi məlumdur. Görünür, Putin Paşinyana heç bir dəstəyin verilməməsi təlimatını verib”, - deyə erməni şərhçi yazıb.

Qeyd edək ki, Nikol Paşinyan hakimiyyətə gələrkən verdiyi vədlərə əməl edə bilmir. Xüsusilə əmək haqları və pensiyaların artımı ilə bağlı heç bir iş görülməyib. Halbuki, sadə ermənilər məhz yaxşı yaşamaq xəyalı ilə Paşinyanın yanında yer almışdılar. Hətta keçmiş müdafiə naziri, Respublika Partiyasının üzvü Viqen Sarkisyan Paşinyan hakimiyyətinin 150 min işçini ixtisara salmağı planlaşdırdığını açıqlayıb. Ermənilərin pul toplamaq məqsədi ilə keçirdikləri telemarafonun məqsədi də Paşinyana yardım etməkdir, lakin lazım olan məbləğ yığılmayıb. Rusiya milyarderlərinin marafona qoşulmaması da Paşinyanı çətin vəziyyətə salıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam