Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

BAŞ VERƏN YANĞINLARA POLİSDƏN OPERATİV REAKSİYA-FOTOLAR

 

 DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan yenixeber.org-a verilən

məlumata görə, mart ayının 10-da müxtəlif vaxtlarda Quba Rayon Polis Şöbəsinə rayonun bir neçə kəndləri yaxınlıqlarında yerləşən meşəlik ərazilərdə yanğın baş verməsi barədə məlumatlar daxil olub. Daxil olan məlumatlarla əlaqədar polis əməkdaşları hadisələrin baş verdiyi ərazilərə yollanıblar.

Rayonun Dəvədabanı yaşayış massivi, eləcə də Səbətlər, Bərqov, İspik və Yuxarı Tüləkəran kəndlərinin yaxınlıqlarında yerləşən meşə massivlərində baş verən yanğınlar zamanı ümumilikdə 14 ha yaxın ərazidə meyvə bağı, kol-kos və qutu otlar yanaraq məhv olub.

Həmin ərazilərin bəzilərinin coğrafi şəraiti dağlıq olduğundan FHN-nin yanğından mühafizə briqadası yanğın baş verən əraziyə qalxmaqda çətinliklərlə üzləşiblər.

Bu zaman isə Quba RPŞ-nin əməkdaşları dərhal baş verən yanğın hadisələrinə operativ şəkildə reaksiya verərək, alovun qarşısının alınması istiqamətində bütün zəruri tədbirləri həyata keçiriblər. Əsasən fiziki qüvvə ilə yanğınları tez bir zamanda ram etməyə müvəffəq olan polislər, hadisənin baş verdiyi ərazilərdə təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirərək, alovların miqyasının böyüməsinin qarşısını vaxtında alıblar.

Hadisələr nəticəsində xəsarət alan olmayıb, yanğınların baş vermə səbəbləri araşdırılır.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam