Redaktor seçimi
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Günün xəbəri

Ermənistan prezidenti də "zurnaçıları" təkrarladı -"Paşinyan istefaya getməlidir"

Ermənistanın prezidenti Armen Sərkisyan hesab edir ki, Nikol Paşinyan başda olmaqla, indiki Nazirlər Kabinetinin istefası qaçılmazdır və ölkədə milli razılıq hökuməti formalaşdırılmalıdır.

Yenixeber.org: Bu barədə dövlət başçısı martın 29-da «Aravot» («Səhər») qəzetində dərc olunmuş müsahibədə danışıb.

Armen Sərkisyanın sözlərinə görə, hakimiyyəti, qərarları və ölkədə siyasi prosesəri personalaşdırmamağa çalışır. Amma Nikol Paşinyan hökuməti növbədənkənar parlament seçkiləri keçirmək (və seçkilər keçirilənə qədər hakimiyyətdə qalmaq) yox, istefa verməlidir. Bu zaman prezident beynəlxalq praktikaya istinad edib. «Əgər sən, parlament respublikasısansa və böhran vəziyyətindəsənsə, hökumət istefa verir, milli razılıq hökuməti formalaşdırılır. Yəni əsas partiyalar hökumət formalaşdırır, ancaq siyasi qüvvələrsiz - yalnız peşəkarlar» - Sərkisyan bildirib.

Ölkədə parlament, cəmiyyət, müxalif siyasi qüvvələr hesab edirlərsə ki, Seçki Məcəlləsinə düzəliş etmək ehtiyacı var və üstəlik də, Əsas qanuna dəyişiklik etmək lazımdır, o zaman müzakirələrin aparılması üçün yetərincə vaxt verilməlidir - konstitusion referenduma qədər.

«Bu, ideal həlldir (milli razılıq hökuməti yaratmaq üçün - Red.). Mən, öz fikrimi dəyişməmişəm» - Sərkisyan bildirib.

Ancaq necə ki, parlament qüvvələri seçki keçirmək qərarına gəliblərsə və seçkini iyuna təyin ediblərsə, o zaman yuxarıda deyilənlərin reallaşdırılması üçün vaxt qalmır.

«Əks halda seçkilərdən sonra partiyalardan biri çoxluq əldə edir, qalanları isə mümkündür ki, narazı qalsınlar. Mümkündür ki, yeni parlament çoxlu problemlərlə üzləşsin. Başqa sözlə, bizim parlament stabil olmayacaq» - dövlət başçısı bildirib və yeni böhran barədə xəbərdarlıq edib.

Beliliklə, prezident Armen Sərkisyan da daxil olmaqla, Ermənisanda demək olar ki, hamı ölkənin düşdüyü fəlakətli duruma görə Paşinyan hökumətini günahkar sayır və Qarabağdakı məğlubiyyəti Paşinyanın çiyninə yükləməyə çalışır. Guya ki, Paşinyan yox, bir başqası olsaydı və ya başqası olsa, Emənistan ağ günə çıxacaqmış. Axmaq söhbətdir, danışanların hamısı hakimiyyətdən «kusok» qoparmağa çalışır və məğlubiyyətin gerçək və əsas səbəbini görməzliyə vurur. Nədən ki, Ermənistanın hazırkı məğlub durumu hökumətin maymaqlığının (və ya kiminsə xəyanətinin!) nəticəsi yox, bütöv toplumun FAŞİZMƏ YUVARLANMASININ MƏNTİQİ NƏTİCƏSİDİR! Xilas olmaq üçün ilk növbədə, erməni xalqı faşizmdən canını qurtarmalı, haqq yoluna gəlməlidir. Yoxsa ki, dəstələnib də qara zurnada «tərsinə oyun havası» (ermənicə!) çalmaqla belə işlər düzəlməz…


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam