Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Həmyerlimizə aid olduğu iddia edilən videodakı cəsədlər Türkiyə vətəndaşlarına aiddir -FAKT

İstanbulun Şişli rayonundakı hoteldə eyni otaqda qalan bir kişi və bir qadın olmaqla, iki nəfər ölü tapılıb.

Yenixeber.org: Bu barədə “Sabah” məlumat yayıb.

Bildirilib ki, polis hadisə ilə bağlı istintaq başlatsa da, mərhumların ölüm səbəbinin cəsədlərin incələnməsindən sonra bəlli olacaq.

42 yaşlı Hiranur Korkmaz adlı qadınla 38 yaşlı Muhammet Osman Gürlek adlı kişinin cəsədlərinin aşkar olunduğu otaqda narkotik maddə də tapılıb.

Harbiye məhəlləsinin Cümhuriyyət küçəsində yerləşən hotelin əməkdaşlarının sözlərinə görə, otağın sakinləri ötən bazar ertəsi onu təhvil verməli idilər. Lakin sakinlərin bunu etmədiyini görən işçilər ehtiyat açarla qapını açıb içəri girərkən onların öldüyünü görüblər. Əməkdaşlar qadın cəsədinin yataqda, kişi cəsədinin isə hamam otağında olduğunu bildiriblər.

Cəsədlərdə hər hansı bir kəsici, deşici və ya güllə yaraları aşkar olunmayıb. Hazırda polis təhlükəsizlik kameralarının görüntülərini araşdırır.

Qeyd edək ki, bu ölüm faktının videogörüntüləri sosial şəbəkədə yayılmış, sözügedən görüntülərin İstanbulda vəfat etmiş Azərbaycan vətəndaşına aid olduğu iddia edilmişdi. Bu gün aparılan istintaq isə bunun belə olmadığını bir daha sübut edib.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam