Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

Gözdən uzaq, könüldən iraq -Bakının köhnə problemi-VİDEO

Zibillə dolu konteyner

Bakının köhnə problemi təəssüf ki, bəzi yerlərdə hələ qalmaqdadır.

Yenixeber.org: Söhbət natəmiz saxlanılan zibil qutularından gedir. Belə ki, paytaxtın əksər yerlərində hələ də vaxtında boşaldılmayan, ətrafı təmizlənməyən zibilxanalar var. Lent.az-ın əməkdaşı çəkiliş zamanı da bu faktın şahidi olub. Bakının mərkəzində, mərkəzə yaxın qəsəbələrin isə abadlaşmış yerlərində bu mənzərənin şahidi olmasaq da, gözdən kənar yerlərdə zibillə dolu, ətrafı isə natəmiz olan zibilxanalara rast gəldik. Qutuların tam dolması azmış kimi, sakinlərin də gətirdikləri zibili yerə atması mənzərəni daha da bərbad göstərir. Xüsusən, Əhmədli qəsəbəsində zibil qutularının yaxınlığında sellofan torbalar, təkər tullantıları, boş şüşələr ərazinin diqqətdən kənar qalmasını açıq şəkildə əks etdirir.

Məsələ ilə bağlı Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Departamentindənbildirildi ki, zibil qutuları gün ərzində 2 dəfə boşaldılır, həftədə 2 dəfə isə ümumi zibil yığılan ərazi dezinfeksiya olunur

“Bakıda elə yerlər var ki, tullantıların daşınması gündə bir neçə dəfə həyata keçirilir. Zibilxanaların təmizliyinə görə, yerli mənzil kommunal təsərrüfat birlikləri və mənzil kommunal təsərrüfat sahələri məsuliyyət daşıyır. Plastik zibil qutularının gətirilməsinə ötən il Bakının Nərimanov rayonundan başlanıldı. İndi artıq paytaxtın 90 faiz hissəsində həmin konteynerlər yerləşdirilib”.

Departamentdən zibil yığan maşınların dezinfeksiya edilməsinə də aydınlıq gətirilib. Qeyd olunub ki, zibil yığan maşınlar hər gün növbədən gəldikdən sonra yuyulur və kimyəvi məhlullarla təmizlənir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam