Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Ev təmir edərkən tullantıları hara atmalıyıq? - ARAŞDIRMA

Son dövrlərdə Bakı şəhərində tullantıların yığılması və emalı ilə bağlı bir sıra problemlər həll olunsa da, bəzi küçələrdə hələ də səliqəsiz şəkildə olan zibilxanalara rast gəlinir. Həmin ərazilərdə ağzına qədər dolu olan zibil qabılar, yerə tökülmüş müxtəlif məişət tullantıları paytaxt küçələrində xoşagəlməz bir mənzərə yaradır. Əhalinin sıx yaşadığı məhəllələrdə yerləşən zibilxanaları daha acınacaqlı vəziyyətə salan amillərdən biri də insanların oradakı zibil qablarına yalnız kiçik məişət tullantılarını deyil, eyni zamanda iri həcmli tullantıları da atmasıdır. 

Yenixeber.org: Belə ki, Bakının küçələrində ətrafına müxtəlif köhnə divan, kreslo və digər sıradan çıxmış mebel avadanlığı atılan zibil qablarına rast gəlmək olur. Bəzən insanlar evlərini təmir edərkən çıxarılan iri həcmli təmir-tikinti xarakterli tullantıları da bu zibil qablarına və ya onların ətrafına atırlar. Tez-tez olur ki, küçə və məhəllələrdə üst-üstə qalaqlanmış iri taxta, daş-kəsək parçalarının, sement kisələrinin şahidi oluruq.

 

Report” iri həcmli, xüsusilə də təmir-tikinti zamanı yaranan tullantıların hansı ərazilərə atılmalı olduğunu, bu məsələ ilə bağlı qanunda hansı göstəriş və tədbirlər nəzərdə tutulduğunu araşdırıb.

Mövzu ilə əlaqəli Bakı Şəhər İcra Hakimiyyətindən “Report”a bildirilib ki, təmir-tikinti prosesləri zamanı ortaya çıxan iri həcmli tullantılar Balaxanı Tullantıların Zərəsizləşdirilməsi Poliqonuna aparılmalıdır: “Təmir-tikinti xarakterli iri həcmli tullantılar zibil qablarına atılmamalıdır. İnsanlar bu cür tullantıları müəyyən maşınlara yığıb Balaxanı ərazisində yerləşən poliqona aparmalıdırlar. Həmin poliqonda zibil çeşidlənir, bir hissəsi təkrar emala göndərilir, bir hissəsi isə utilizasiya edilir, yandırılır və ya basdırılır. Bəzən olur ki, belə tullantıları yol kənarlarına atırlar. Bu kimi hallarda həmin şəxslərə cərimə tətbiq olunur”.

Vəkil Vamiq Şükürovun isə verdiyi məlumata əsasən təmir-tikinti xarakterli iri həcmli tullantıların təyin edilmiş yerlərə atılmamasına görə qanunla cərimə tətbiq olunmur: “Dövlət hesabına tikilən binalarda tullantıların atılmasına Mənzil Kommunal İstismar Sahələri nəzarət edir. Özəl kooperativlər tərəfindən tikilən yüksəkmərtəbəli binalarda isə bu işi həmin kooperativlərin özləri həyata keçirir. Bunun üçün binaların həyətlərində xüsusi zibil qabılar qoyulur ki, sakinlər müxtəlif tullantıları həmin zibil qabılarına atsınlar. Lakin bu zibil qablar nisbətən kiçik həcmli zibil və tullantıların atılması üçün nəzərdə tutulub. Onlara köhnə mebellərin ləvazimatlarının, təmir-tikinti mənşəli tullantıların və digər iri əşyaların atılması yolverilməzdir. Lakin bu tip tullantıların həmin zibil qablarına atılması bir qanun pozuntusu və ya inzibati xəta hesab edilmir. Bu, Mənzil Kommunal İstismar Sahələri ilə vətəndaşlar arasında olan bir mülki problemdir. Bu məsələ inzibati xəta hesab olunmadığına görə də vətəndaşa hər hansı cərimə tətbiq edilmir”.

“Report” mövcud problemlə əlaqəli paytaxt sakinlərinin də münasibətini öyrənib. Sakinlərin bəzisi iri həcmli tullantıları xüsusi təyin edilmiş yerlərə atdıqlarını, bəzisi isə belə vəziyyətdə nə etməli olduqları ilə bağlı məlumatsız olduqlarını bildiriblər:

 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam