Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Nazir -"IX sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən xeyli gənc var"

“Bacarıqlar və səriştələr növbəti illərdə iqtisadiyyatımızın dayanıqlı və rəqabətyönümlü inkişafını təmin edən məsələlərdən olmalıdır. Bu istiqamətdə bir çox işlər həyata həyata keçirilir. Xüsusi məsələ peşə təhsilinin daha çox əlçatan olmasıdır, bu istiqamətdə hələ də çox işlər var”.

Yenixeber.org: Bunu “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsinin təqdimatında Təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda IX sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya müəyyən ixtisasa yiyələnməyən xeyli sayda gənc var: “Bu istiqamətdə peşə təhsilinin əhatəliliyinin və əlçatanlığının artırılması çox böyük fürsətdir. Son illərdə bu istiqamətdə böyük işlər görülür. Hazırda peşə təhsilinə qəbul prosesi elektron formatda aparılır. İldən-ildən peşə təhsilinə qəbul olan tələbələrin sayı daha da artmaqdadır. Bu tədris ilində ötən ilə nisbətən 27 faiz çox tələbəni peşə təhsilinə qəbul etmişik. Gənclərin peşə təhsilinə qatılması onların gələcəkdə iqtisadi vəziyyətinə, gəlirlərinə, rifahına müsbət təsdir edən amillərdən biridir”.

Nazir qeyd edib ki, infrastrukturun hər yerdə eyni olmamasını nəzərə alaraq Azərbaycanın 35 ümumtəhsil müəssisəsinin nəzdində peşə siniflərinin yaradılması üzərində iki ilə yaxındır iş aparılır: “Hər bir məktəbdə artıq 2 sinif formalaşıb, hər sinifdə 20-24 şagird təhsil alır. Bu layihənin əhatəliliyinin artırılmasını istəyirik. Yaxın gələcəkdə belə məktəblərin sayının daha da artırılmasını istəyirik”.

Qeyd edək ki, 5,6 milyon avro dəyərində olan layihə tam olaraq Avropa İttifaqı tərəfindən maliyyəşdirilir. BMT-nin İnkişaf Proqramının Peşə təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirdiyi dörd illik layihənin məqsədi əmək bazarının mövcud ehtiyaclarına uyğun peşə təhsili müəssisələrini müasirləşdirmək və Azərbaycan gəncliyini gələcəyin peşələrinə hazırlamaqdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam