Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

BU İL HANSI BANKLAR BAĞLANA BİLƏR? –“Mərkəzi Bank çox sərt siyasət yeridir...”

Azərbaycan Banklar Assosiasiyasının yaydığı məlumata görə, 2020-ci ildə ölkədə fəaliyyət göstərən 26 bankdan 4-nün ötənilki xalis mənfəəti əvvəlki illə müqayisədə çox olub. Bunlar “Kapital Bank”, “Turan Bank”, “Naxçıvan Bank” və “Paşa Bank”-dır. Mənfəətini ən çox artıran “Kapital Bank” (2,2 dəfə), ən az artıran isə “Paşa Bank” (29,5%) olub.

Yenixeber.org: 16 bankın isə xalis mənfəəti azalıb. Bunlar “AFB Bank”, “Bank VTB Azərbaycan”, “Xalq Bank”, “Azər-Türk Bank”, “Azərbaycan Sənaye Bankı”, “Zıraat Bank Azərbaycan”, “Bank of Baku”, “Unibank”, “Premium Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Express Bank”, “Yapı Kredi Bank Azərbaycan”, “Bank Respublika”, “Bank Avrasiya”, “Rabitəbank” və “Günay Bank”dır.

1 bankın – Pakistan Milli Bankının Bakı filialının zərəri 47,1% azalıb.

3 bank – “Access Bank”, İran Milli Bankının Bakı filialı və “Muğan Bank” ötən ili mənfəətlə, əvvəlki ili zərərlə, 2 bank – “Bank BTB” və “Yelo Bank” isə ötən ili zərərlə, əvvəlki ili mənfəətlə başa vurub.

Ötən cümə günü Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bir neçə bankın xüsusi nəzarətdə olduğunu, koronavirus epidemiyasının həmin banklara da mənfi təsir etdiyini və vəziyyətlərinin Maliyyə Sabitliyi Şurasında müzakirə edildiyini bildirib.

Pandemiya ilini ağır keçirən kommersiya banklarını 2021-ci ildə nə gözləyir?

 

 

Bu barədə maliyyəçi-ekspert Əkrəm Həsənov bildirib ki, hazırki tendensiya banklarda problemli kreditlərin artacağını göstərir. Onun sözlərinə görə, həm biznes, həm də istehlak kreditləri götürən müştərilər ödəniş etməkdə çətinlik çəkirlər. "Bu da, əlbəttə, pandemiyanın yaratdığı problemlərlə bağlıdır. Ötən il Mərkəzi Bank banklara tövsiyə etmişdi ki, gecikdirmələri nəzərə almasınlar və müştərilərin kredit tarixçələrini korlamasınlar. Ona görə də real vəziyyət bankların hesabatlarında əksini tapmırdi. Bu il artıq tövsiyələr qüvvədə deyil, problemli kreditlər bankların hesabatlarında göstəriləcək", - ekspert vurğulayıb. 

Ə.Həsənov qeyd edib ki, bankların bəziləri problemləri olduğu kimi göstərmirlər: "Çünki problemli kreditlər üzrə ehtiyat yaratmaq lazımdır, bu da onların kapitalını azaldır. Mərkəzi Bank bununla bağlı çox sərt siyasət yeridir. Ötən il 4 bankın bağlanmasının səbəbi də bu tələbin yerinə yetirilməməsi ilə bağlı idi. Hazırda bir neçə bank ötən ili zərərlə başa vurduğunu elan edib. Mənfəətlə çıxan bankların da problemli kreditləri çoxdur, amma onları göstərmirlər. Həmin banklar problemli kreditlərini etiraf etsələr, onlar üzrə ehtiyat yaratmağa məcbur olacaqlar. Bu da onların nizamnamə kapitalına mənfi təsir edərək onu tələb olunan 50 milyon manat həddindən aşağı salacaq. Nəticədə, Mərkəzi Bank onlardan kapitalı artırmağı tələb edəcək, səhmdarlar isə əlavə vəsait tapmasalar, bankların bağlanma ehtimalı yarana bilər".

"azpolitika"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam