Redaktor seçimi
Əziz Quliyev azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Günün xəbəri

Hansı banklar zərərlə işləyir? -SİYAHI

 

 

 

 

Azərbaycanda fəaliyyət göstərən bir sıra banklar cari ilin altı ayını zərərlə işləyiblər. 

Yenixeber.org: Bu bankların sırasına “MuğanBank”, “AG Bank”, “AmrahBank”, “Accessbank”, “Nikoil Bank” və “Bank VTB” daxildir. 

“MuğanBank”ın 2018-ci ilin II rübü üzrə açıqladığı kapitalın strukturu və adekvatlığı hesabatına əsasən, maliyyyə qurumunun zərəri 2 milyon 774 min manat olub. Cari ilin birinci rübündə bu rəqəm 1 milyon 824 min manat təşkil edib. 

İkinci rübü zərərlə başa vuran “AG Bank”ın zərəri  5 mln.139 min manat, “AmrahBank”ın zərəri 8 mln. 081 min manat, “Access Bank”ın zərəri 10 mln. 887 min manat, “Nikoil Bank”ın zərəri 45 mln. 860 min manat, “Bank VTB”-nin zərəri 250 mln. 371 min manat olub.

Qeyd edək ki, ikinci rübdə birinci rüblə müqayisədə adıçəkilən bankların zərəri artıb. Belə ki, cari ilin yanvar-mart aylarında “AG Bank”ın zərəri 3 mln. 223 min manat, “AmrahBank”ın zərəri 5 mln. 384 min manat, “Accsess Bank”ın zərəri 8 mln. 601 min manat, “Nikoil Bank”ın zərəri 309,32 min manat, “Bank VTB”-nin zərəri 247 mln. 412 min manat olub. 

“Bank VTB”-nin hər iki rübü böyük zərərlə başa vurmasının səbəbinə gəlincə, bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına cari ilin birinci rübündə 237 mln. 430 min manat ayırıb.

Bunu gəlirindən çıxaraq xalis zərəri birinci rübdə 247 mln. 412 min manata, ikinci rübdə 250 mln. 371 min manata çatdırıb. Ehtiyata ayırmaların bu qədər çox olması isə bankda riskli və təhlükəli aktivlərin çox olmasından xəbər verir. 

Zərəri böyük həcmdə şişən “Nikoil Bank”da aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 63 mln. 429 min manat ayrılıb.(oxu.az) 

L.Ə.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam