Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ötən ay bəzi banklar əmanətləri ucuzlaşdırıb -ARAŞDIRMA

 

 

2020-ci ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən 4 bankda milli və xarici valyutada əhalidən cəlb edilən əmanətlər üzrə faiz dərəcələrinə yenidən baxılıb.

Yenixeber.org: Manatla qəbul olunan depozitlərin faiz dərəcələri “Turanbank”da 10,50-10,90%-dən 8,50-9,00%-ə, “Ziraat Bank”da 6,75-7,50%-dən 5,25-6,50%-ə, “Yelo Bank”da 11,50-12,00%-dən 9,00-9,50%-ə endirilib.

Dollarla cəlb edilən əmanətlər üzrə faiz dərəcələri “Bank VTB Azərbaycan”da 1,65-1,75%-dən 0,75-0,85%-ə, “Yelo Bank”da 2,50-3,00%-dən 2,00-2,10%-ə düşüb.

Bütövlükdə banklar milli valyutada olan əmanətləri 4,00-12,50% diapozonunda qəbul edir. Ən yüksək faizi "NBC Bank", ən aşağı – “Naxçıvan Bank” təklif edir.

Banklar dollar əmanətlərini 0,25-3,00%-lə cəlb edirlər. Bu valyutada olan əmanətlər üzrə ən yüksək faiz dərəcəsi “Bank BTB” və "NBC Bank"dadır.

Avro əmanətləri üzrə faiz dərəcələri 0,10-3,00% civarında dəyişir. Ən yüksək faiz dərəcəsini "NBC Bank" təklif edir.

Məlumatların toplanmasında əsas kriteriya kimi əmanətlərin 1 il müddətinə qəbul olunması, məbləğə olan minimal tələbin yuxarı həddinin 1 000 manatı aşmaması götürülüb. Bu baxımdan araşdırmaya "Paşa Bank" (minimum məbləğ 20 000 AZN), "Premium Bank" (20 000 AZN) və "Melli İran Bankı"nın Bakı fillialı (5 000 AZN) daxil edilməyib. "Pakistan Milli Bankı"nın Bakı filialının depozit qəbul etməsi haqda isə heç bir məlumat yoxdur.

Daha ətraflı məlumat aşağıdakı infoqrafikada təqdim olunub:

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam