Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Bank of Baku” fəaliyyətini dayandırır -İDDİA

“Bank of Baku” fəaliyyətini dayandırır
Yenixeber.org: Azərbaycan bank sektorunda rəqabət artdıqca aktivlərindən səmərəli istifadə edə bilməyən, kredit bazarında problemlər yaşayan və riskli müştəri kontingenti uğrunda mübarizədə məğlub olan bankların bazarda kiçildiyi müşahidə olunur.
Redaksiyamıza daxil olan məlumata görə, bank sektorunda məcmu kapitalının ən çox azalması "Bank of Baku”da müşahidə edilir. Bununla yanaşı hökumətin bank sketorunda apardığı islahatlar, habelə dollar kreditləriilə bağlı verilən son qərar "Bank of Baku"nun işini xeyli gərginləşdirib.

Saytımıza danışan hökumətdəki mənbə bildirir ki, islahatlar fonunda bir neçə bankla bağlı net qərarveriləcək:

"Burada bank sektorunda dövlət-bank-vətəndaş münasibətlərinin yeni mərhələsindən danışılır. Artıq siyasət dəyişib və bu səbəbdən fəaliyyəti mümkünsüzləşən banklar var".

Mənbə bildirir ki, onlardan birincisi elə "Bank of Baku"dur ki, onun da bağlanması müzakirə predmetidir: "AMB və digər əlaqədar qurumlar hazırda sözügedən bankın rəhbərliyi ilə danışıqlardadır".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam