Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ƏN AZ EFFEKTLİ YERLİ BANK –“Express Bank” sonuncudur

Expressbank_180413

Azərbaycanda aktivlərindən ən yaxşı və ən pis istifadə edən banklar məlum olub. Ölkədə fəaliyyət göstərən 30 bank ötən il cəmi 279,4 milyon manat xalis mənfəət əldə edib ki, bu da bank sektoru üçün olduqca kiçik rəqəmdir və ötən illə müqayisədə 2 dəfə azdır.

Yenixeber.org: Eyni zamanda, bu göstərici onların bu il yanvarın 1-nə malik olduqları 29 502,4 milyon manat məbləğində aktivlərin 0,95 faizi qədərdir.

2018-ci ili mənfəətlə başa vurmuş 25 bank arasında aktivlərindən ən yaxşı istifadə edəni “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) olub. “Marja”nın məlumatına görə, bu bankın əldə etdiyi mənfəət aktivlərinin 5,4 faizini təşkil edib. Qeyd edək ki, ABB aktivlərinin məbləğinə görə də, ölkədə liderdir.

Fəaliyyət effektivliyinə görə, 2-ci yeri “AFB Bank” ASC tutub. Bu bankun əldə etdiyi mənfəət aktivlərinin 5,2 faizi qədər olub. Baxmayaraq ki, “AFB Bank” aktivlərinin məbləğinə görə, Azərbaycanda 16-cıdır.
3-cü yerə isə 4,4 faizlik göstərici ilə “Unibank” çıxıb. Xatırladaq ki, bu bank aktivlərinin məbləğinə görə, ölkədə 9-cudur.

Mənfəətlə işləmiş qalan 22 bankdan 4-də sözügedən göstərici 2-4 faiz arasında, 6 bankda 1-2 faiz arasında, 12 bankda isə 0-1 faiz arasında dəyişir.

Yerli banklar arasında ən az effektli bank, mənfi 6 faiz göstərici ilə “Express Bank” olub. Baxmayaraq ki, bu bank aktivlərinin həcminə görə heç də son yerlərdə deyil.

30 bank arasında 18-ci olan “Express Bank”-ın aktivləri 400 milyon manata yaxındır. Həmçinin, bu bank 2017-ci ili mənfəətlə başa vurduğu halda, ötən ili zərərlə qapadıb ki, bu da bankın reputasiyasına müsbət təsir göstərə bilməz. Rusiya “kökənli” “Nikoyl Bank” və “Bank VTB Azərbaycan” isə daha zəif göstəricilərlə siyahıdakı son yerləri bölüşdürürlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam