Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Ermənistanda əsgərlərin rüşvət qarşılığında yerlərini dəyişdirən -polkovnik saxlanılıb

Ermənistanda əsgərlərin rüşvət qarşılığında yerlərini dəyişdirən polkovnik saxlanılıb

Ermənistan Milli Təhlükəsizlik Xidməti ölkənin silahlı qüvvələrinin polkovnikini saxlayıb.

Yenixeber.org: O, əsgərləri rüşvət qarşılığında bir bölmədən digərinə, ön xətdən arxa cəbhəyə köçürməkdə şübhəli bilinir.

Bildirilib ki, ötən il sentyabrın 13-də polkovnik həqiqi hərbi xidmətdə olan əsgərin anasından övladının başqa bölməyə köçürülməsi üçün 2 min ABŞ dolları tələb edib. O, məbləğin birinci yarısını bukmeyker kontorlarının hesabına köçürülməsi vasitəsilə əldə edib.

Bundan başqa, noyabrın 7-də digər həqiqi hərbi xidmətdə olan əsgəri şəxsi heyəti cəbhədə döyüşlərdə iştirak edən hərbi hissəyə göndərilməməsi üçün vasitəçilər yolu ilə valideynlərindən 2 500 ABŞ dolları istəyib. O, elə həmin gün 2 min dolları alıb. Daha bir əsgərin arzuolunan xidmət yerinə göndərilməsi üçün polkovnik 10 min ABŞ dolları tələb edib.

2021-ci ildə isə polkovnik çağırışçı əsgərin başqa bir hissəyə köçürülməsi üçün 2 min dollardan çox pul istəyib. Yanvarın 7-si və 8-də bu məbləği hissə-hissə alıb, pul yenidən totalizatordakı hesabına köçürülüb.

MTX-nin məlumatına görə, o həmçinin xəstəxanada işədüzəltmə, hərbi rütbələrin verilməsinin təşkil edilməsinə görə 3 min ABŞ dolları alıb.

Müharibə zamanı Ermənistan silahlı qüvvələrinin zabiti başqa bir hərbçinin Sünikdəki xəstəxanadan İrəvana geri çağırılmasını da təşkil edib və bundan sonra onu arxa cəbhəyə köçürüb. Buna görə 600 ABŞ dollarından çox vəsait alıb.

Polkovnikin müharibə dövründə bir hərbi qulluqçunun Qarabağdakı hərbi hissədən qaçmasını ört-basdır etməsi də ortaya çıxıb.

Lusakertdəki bir hərbi hissədən çağırışçının cəbhəyə göndərilməsindən "xilas etmək" üçün ondan 400 dollardan çox pul alıb. Maraqlıdır ki, oradan cəbhəyə göndərilmə ümumiyyətlə planlaşdırılmamışdı.

Polkovnik MTX-yə gətirilib. Onunla birgə daha 10 nəfər saxlanılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam