Vilayət Eyvazovun Xaçmazdakı vətəndaş qəbulunun tarixi dəyişdirilib
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun Xaçmaz rayonunda nəzərdə tutulan vətəndaş qəbulunun tarixi dəyişdirilib.
Yenixeber.org: Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2025-ci il avqust ayının 22-də Xaçmaz Rayon Polis Şöbəsinin binasında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı şəhər və rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun tarixi avqust ayının 29-a dəyişdirilib.