Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

Mərkəzi Bankın binası köçürüləcək

 

Mərkəzi Bankın binasının köçürülməsi ilə bağlı qərar qəbul edilib.

"Xeberinfo.com":  Məlumata görə, bu barədə AzVision.az-a etibarlı mənbədən məlumat daxil olub. Bildirilib ki, bankın binasının Avropa Olimpiya oyunlarından sonra köçürülməsi nəzərdə tutulur. 

Yeni ofis Heydər Əliyev prospektində yerləşəcək. Köçürülmənin nə zaman reallaşacağı isə hələki dəqiq bilinmir.

Bankın mətbuat xidmətindən məlumatı AzVision.az-a təsdiqləyiblər. Bildirilib ki, baş ofisin köçürüləcəyi xəbəri doğrudur: “Bank üçün yeni inzibati bina Bakının Heydər Əliyev prospektində tikiləcək və Dövlət Neft Fondunun yeni binası ilə yaxın yerləşəcək”. 

Qeyd edək ki, bundan öncə də Mərkəzi Bankın binasının sökülməsi məsələsi gündəmə gəlmişdi. Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Baş ofisin yerləşdiyi indiki binanın sökülməyəcəyini açıqlamışdı. 

Onun sözlərinə görə, bankın indiki binası ölkənin müvafiq qrumlarının istifadəsinə veriləcək. O, həmçinin bildirmişdi ki, yeni binada müasir avtomatlaşdırılmış pul-xəzinəsi qurulacaq, ölkədə çıxarılan qızılı saxlamaq üçün qızıl xəzinəsi yaradılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam