Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Tablonu söndürüb, borcu 1.70-dən qəbul etdilər”

Currency-ruble

 

Xeberinfo.com:   Banka kredit borcu olan müştərilərdən birinin “Marja”ya verdiyi məlumata görə, “ParaBank” Mərkəzi Bankın 4% marja tələbinə məhəl qoymur.
Tələbə görə, banklar xarici valyutanı Mərkəzi Bankın rəsmi məzənnəsindən maksimum 4% ucuz ala və baha sata bilərlər.
Saytında gündəlik öz məzənnəsini elan etməyən “ParaBank”, iddiaya görə, ötən gün Mərkəzi Bankın rəsmi məzənnəsindən 5%-ə yaxın yüksək qiymətə dollar satıb.
“Bankın “Əcəmi” və “Nizami” filiallarında dollarda olan kreditləri 1,70 səviyyəsilə hesablayıb qəbul edirdilər. Kasslardakı elektron tablolar da söndürülüb. Bu gün (dünən – Marja) Mərkəzi Bankın rəsmi məzənnəsi 1.6228 manat olduğu halda, nə üçün kredit ödənişləri 1.70 manatdan hesablanır? Bu 5%-ə yaxın fərq deməkdir ”,- Bankın müştərisi Seymur İsmayılov “Marja”ya bildirib.
“Marja” Bankın qaynar xətti ilə əlaqə saxlayaraq bankın məzənnəsini dəqiqləşdirdi. Bankdan bildirildi ki, bu gün bank dollar kreditləri üzrə ödənişləri 1.69 manat səviyyəsilə hesablayır. Bu da Mərkəzi Bankın 1.6315 səviyyəsində elan etdiyi rəsmi məzənnəsən 3,6% yüksəkdir.
Qeyd edək ki, “ParaBank”da baş qarışıqdır. 7 Mart tarixində Bankın səhmdarlarının yığıncağı keçirilib. Yığıncağın gündəliyinə Müşhaidə Şurasının, İdarə Heyətinin və Audit Komitəsinin yeni tərkibinin seçilməsi, həmçinin “bankların birləşməsi” mövzusu da daxil idi.
“Parabank” ASC, “NBC Bank” ASC və “Kredo Bank” ASC birləşmək barədə ilkin niyyət protokolu imzalayıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam