Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Hafiz Məmmədov banka qayıtdı

 

 

 

    Hafiz Məmmədovun "Bank of Azerbaijan" ASC-nin İdarə Heyətinə qayıtması ilə əlaqədar bankın rəhbərliyində yeni dəyişikliklər gözlənilir. 

 

     "Xeberinfo.com": Məlumata görə, bank dairələrindəki mənbələrin Trend-ə verdiyi məlumata görə, hazırda "Bank of Azerbaijan"ın gələcəkdə fəaliyyətini bərpa etmək məqsədi ilə banka səhmdarların cəlb edilməsi üzrə danışıqlar aparılır. "Bank of Azerbaijan"da dəyişikliklərlə bağlı yaxın gələcəkdə bankın Müşahidə Şurasında müzakirələr aparılacaq.

 

    Hərçənd "Bank of Azerbaijan" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağında bankın İdarə Heyəti və Müşahidə Şurasının tərkibi 2014-cü ilin mayında təsdiq olunub. Səhmdarların yığıncağının qərarı ilə İsmayılov Mehman Məmməd oğlu bankın Müşahidə Şurasının sədri seçilib. O bu vəzifədə Hafiz Məmmədovu əvəzləyib. Şuranın tərkibinə, həmçinin Cavadov Cavid Yusif oğlu və Əliyev Araz İsmayıl oğlu daxil olublar.

 

   Aslanov Məhəmmədəli Mahir oğlu İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən, Orucov Fərid Eldar oğlu və Orucov Fərid Temraz oğlu İdarə Heyəti sədrinin müavinləri, Kərimov Elşad Oqtay oğlu və Xəlilov Nicat Nizami oğlu isə İdarə Heyətinin üzvü seçiliblər.

 

   Bankın rəhbərliyində dəyişikliklərə baxmayaraq, səhmdarların tərkibində heç bir dəyişiklik olmayıb. Həmişəki kimi bankın səhmdarları 3 fiziki şəxs (Kənan Məmmədov, Sənan Məmmədov və Mübariz Məmmədov) və 1 hüquqi şəxsdir ("NEM" Holdinq).

 

Azərbaycan Mərkəzi Bankı "Bank of Azerbaijan"da maliyyə çətinlikləri ilə əlaqədar lisenziyanın etibarlılığını məhdudlaşdırıb və hazırda bankın əmanətlər cəlb etməyə icazəsi yoxdur.

 

Bankdan məsələ ilə bağlı fikir öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, Hafiz Məmmədov həm də Azərbaycan Premyer Liqasında çalışan "Bakı" klubunun prezidentidir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam