Redaktor seçimi
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
Günün xəbəri

Vətən müharibəsindən qayıdanların müraciətlərinə baxılır —VİDEO

Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış komissiya yanvarın 11-dən işə başlayıb.

Yenixeber.org: Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiya tərəfindən dünən gün ərzində 329 müraciətə baxılıb və həll olunması üzrə müvafiq tədbirlər görülüb.

Müraciətlərin operativ araşdırılması, vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə Füzuli rayonu ərazisində də komissiyanın səyyar qrupu fəaliyyət göstərir. Bu qrupu tərəfindən yanvarın 11-də 90-dan çox müraciət qəbul edilib və 45 müraciət yerində baxılaraq həll olunub.

Uzaqda yaşayan vətəndaşların gediş-gəlişində yarana biləcək çətinliklər nəzərə alınaraq həmin şəxslərin müraciətlərinə uyğun olaraq lazımi sənədlərin əldə edilməsi üçün aidiyyəti hərbi hissələrə komissiya tərəfindən müvafiq sorğular göndərilir.

Qeyd edək ki, komissiyanın fəaliyyətindən vətəndaşların məmnunluq dərəcəsinin öyrənilməsi məqsədilə rəy sorğusu da keçirilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam