Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Təhsil İdarəsinə bir ayda 13 min müraciət edilib

    

Təhsil İdarəsinə bir ayda 13 min müraciət edilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Telefon Məlumat Mərkəzinə sentyabr ayında (telefon: (+99412) 599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Yenixeber.org: İdarədən verilən məlumata görə, qeyd olunan müddət ərzində ümumilikdə, 13 302 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll olunub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 2 786 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 5 639 vətəndaş müraciəti daxil olub. 418 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.

Vətəndaşların Qəbulu Mərkəzində 3 859 sənəd (vətəndaşlar tərəfindən 1 182 ərizə, Təhsil Nazirliyindən 406 digər qurumlardan 213 məktəblərdən 1700 məktub, 43 strukturdaxili yazışma və 315 kadr ərizəsi) qəbul olunub və qeydiyyata alınıb. Həmçinin, 600 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər daha çox müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəhazırlıq qruplarına və I sinfə uşaqların qəbulu, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması, informasiya təminatı, işə qəbul və digər müvafiq məsələləri əhatə edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam