Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Akademik Zərifə Əliyeva adına liseyin şagirdi -hazırladığı yeni robotu təqdim edib

 

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda “Sabahın alimləri” IX Respublika müsabiqəsinin final mərhələsinə vəsiqə qazanmış şagirdlər ilə görüşdə akademik Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdi Ruslan Bayramov hazırladığı yeni robotu təqdim edib.

Yenixeber.org: İnstitutdan  bildirilib ki, fevralın 11-dən 13-dək ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçiriləcək “Sabahın alimləri” IX Respublika müsabiqəsinə kompüter elmləri istiqaməti üzrə hazırlanmış layihələrdən biri də R.Bayramovun kənd təsərrüfatı ilə məşğul olan kiçik və orta sahibkarların fermer təsərrüfatında istifadə edə biləcəkləri “Plant Disease & Cause Detection using Deep Learning”dir. Robot “Deep Learning”in köməyilə əkin sahələrində becərilən bitkilərin yoluxduqları xəstəlikləri və onların səbəblərini aşkar edə bilir. Həm mobil telefonun köməyilə idarə olunan, həm də özü-özünü idarə edə bilən bu robot 14 adda bitkini tanıyır, onların düçar olduqları 38 xəstəliyi və yoluxma səbəblərini araşdırmağı bacarır.

R.Bayramov robotu hazırlamaq məqsədindən danışaraq vurğulayıb ki, müasir dövrdə dünya əhalisinin qida tələbatının çox hissəsini kiçik və orta sahibkar fermerlər ödəyirlər. Onların üzləşdikləri əsas çətinlik əkin sahələrində bitkilərə yayılan müxtəlif növ xəstəliklər və ziyanverici həşəratlardır. Buna görə də bu layihə üzərində çalışmağı qərara aldım. Robotun hazırlanmasında 3D printerdən də istifadə edilib.

Qeyd edək ki, “Plant Disease & Cause Detection using Deep Learning”in elmi rəhbəri İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyevdir.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev xatırladıb ki, R.Bayramov Dubayda keçirilmiş “First Global Challenge 2019”da ölkəmizi təmsil edən milli komandamızın kapitanı olub. “İnfoMatrix-2018” beynəlxalq kompüter layihələri üzrə yarışlarda bürünc medala layiq görülüb. Kiyevdə keçirilmiş “GoldenByte 2018” və robototexnikaya, proqramlaşdırmaya həsr olunan digər beynəlxalq yarışlarda nailiyyətlər qazanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam