Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Leyla Əliyeva olimpiada qalibləri ilə görüşdü -Foto

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində beynəlxalq olimpiadalarda yüksək nailiyyətlər əldə etmiş və medallar qazanmış şagirdlərlə görüşüb.

Yenixeber.org: Təhsil naziri Ceyhun Bayramov Leyla Əliyevaya liseyin fəaliyyəti, görüşdə Bakıdan və digər bölgələrdən iştirak edən şagirdlər barədə məlumat verib.

Bildirilib ki, Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyi ölkənin bütün bölgələrindən istedadlı şagirdləri bu təhsil ocağına imtahan yolu ilə qəbul edir. Hazırda burada 559 şagird təhsil alır. Onlardan 135-i qız, qalanları isə oğlandır. Müxtəlif bölgələrdən olan 100-dən çox şagird liseyin yataqxanasında yaşayır.

Nazir qeyd edib ki, bu lisey ölkədə beynəlxalq olimpiadalara hazırlıq üzrə üç mərkəzdən biridir. Nazir həmçinin 2018-2019–cu tədris ilində şagirdlərimizin 1-i qızıl, 10-u gümüş, 12-si bürünc olmaqla 23 medal qazandığını diqqətə çatdırıb. Nazir onu da əlavə edib ki, bu il avqustun 4-dən 11-dək Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanda keçiriləcək. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şagirdlərin nailiyyətləri ilə maraqlanıb, onlarla söhbət edib. Sonra Leyla Əliyeva şagirdlərə Heydər Əliyev Fondunun hədiyyələrini təqdim edib.

Sonda xatirə şəkli çəkdirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam