Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Direktordan qovduğu şöbə müdirinə cavab:Dələduz idi...

 

 

AMEA Polimer Materialları İnstitutunun (PMİ) Kadrlar şöbəsinin keçmiş rəisi Əlibala Eldar oğlu Ağayev müxtəlif kütləvi informasiya vasitələrində institutun və AMEA-nın rəhbərliyinə qarşı böhtan xarakterli məlumatlar yayıb. Sözügedən xəbərlərin institutumuzun, eləcə də AMEA-nın nüfuzuna və müsbət işgüzar imicinə xələl gətirdiyi üçün bu açıqlamanı vermək məcburiyyətində qaldım

 

Yenixeber.org: Bu sözlər PMİ direktoru, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Məmmədovun göndərdiyi açıqlamasındandır. O bildirib ki, AMEA Polimer Materialları İnstitutunun (PMİ) Kadrlar şöbəsinin keçmiş rəisi Ə.Ağayev işə qəbul olunmamışdan əvvəl dələduzluq edib və bu fəaliyyətini ört-basdır edib:

“2014-cü ildə Ə.Ağayev müvafiq sahədə təcrübəsi olmadığı halda keçmiş rəhbərlik tərəfindən Laçın rayonundan məcburi köçkünlüyü, dörd övlad atası olması nəzərə alınaraq, Kadrlar şöbəsinin rəisi vəzifəsinə işə qəbul edilib. O, dələduzluğa görə cinayət məsuliyyətinə cəlb olunmasını və məhkumluq həyatı keçirməsini işə qəbul olunan zaman və tərcümeyi-halında qeyd etməyib.

Aidiyyəti qurumların araşdırması nəticəsində əvvəllər bir neçə dəfə cinayət məsuliyyətinə cəlb olunmuş Ə.Ağayevin qulluq mövqeyindən sui-istifadə etməklə işə yeni qəbul olunan şəxslərdən təmənna gözlədiyi, qeyri-qanuni sənədləşmə apardığı, eləcə də qadın əməkdaşlara qarşı münasibətdə etik davranış qaydalarına riayət etmədiyi məlum olub. Şöbə rəisi işlədiyi müddətdə də dələduzluq fəaliy­yətindən əl çəkməyib. Belə ki, o, vətəndaşları aldadaraq borc pul alsa da, daha sonra ödəməkdən imtina edib. Sumqayıt Şəhər Məhkəməsi həmin borcun onun əmək haqqından tutulması barədə qərar çıxarıb. İşlərində yol verdiyi ciddi nöqsanlara görə PMİ-nin Elmi Şurası Ə.Ağayevə xəbərdarlıq edib və töhmət verib”.

PMİ direktoru Ə.Ağayevin haqsız olaraq işdən uzaqlaşdırılması barədə mediada yayılan məlumatlara da aydınlıq gətirib:

“Ə.Ağayev ilə bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq o, qanuni əsaslarla işdən azad edilib. Lakin şöbə rəisi iddia edir ki, o qərəzli münasibətinə görə AMEA İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayevin tapşırığı əsasında işini itirib. Bildirmək istəyirik ki, Ə.Ağayevin tapşırıq əsasında işdən çıxarılması həqiqəti əks etdirmir”.

PMİ rəhbərliyi institutun nüfuzuna xələl gətirilməsinə, institut alimlərinin, eləcə də AMEA-nın rəhbər işçilərinin ünvanına yalan və böhtan xarakterli əsassız ittihamlarını qəbul etmədiklərini deyib:

“İnstitut rəhbərliyi yaxın zamanlarda Ə.Ağayev haqqında lazımı ölçü götürülməsi üçün müvafiq səlahiyyətli qurumlara müraciət edəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam