Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Nizami rayonunda - sosialyönümlü tədbirlər davam etdirilir

 

Koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə ölkəmizdə  tətbiq olunan xüsusi karantin rejimi və sosial izolyasiya tədbirləri ilə əlaqədar Nizami rayonunda tənha yaşayan ahıllarla və aztəminatlı ailələrə ərzaq yardımı göstərilir.

21 aprel 2020-ci il tarixində Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq evdən çıxa bilməyən, yaşı 65-dən yuxarı olan tənha sakinlər, imtiyazli və aztəminatlı ailələr olmaqla 110 ailə  ziyarət edilib və onlara zəruri ərzaq məhsullarından ibarət bağlamalar çatdırılıb. Eyni zamanda, sakinlərlə maarifləndirici söhbətlər aparılıb, onlara şəxsi gigiyena qaydalarına və Nazirlər Kabinetinin Operativ Qərargahının tapşırıq və tövsiyələrinə riayət etmələrinin vacibliyi nəzərə çatdırılıb.

Sakinlər də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına  və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam