Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Füzuli rayonunda - yaşlılara və aztəminatlı ailələrə yardım aksiyası keçirilir

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Füzuli rayonu ərazisində karantin rejimi çərçivəsində qabaqlayıcı tədbirlər, sosial izolyasiya işləri davam etdirilir. 

Yenixeber.org: Füzuli rayon icra Hakimiyyətinin təşəbbüsü ilə mütəmadi olaraq xüsusi karantin rejiminin qaydalarına uyğun olmaqla çölə çıxa bilməyən, tənha yaşayan insanlara, eləcə də aztəminatlı ailələrə yardım aksiyası keçirilir.

Bu günlərdə Füzuli rayon icra Hakimiyyətinin əməkdaşları rayonun müxtəlif kənd və qəsəbələrində yaşayan 50 ailəyə (tənha, yaşı 65-dən yuxarı olan, o cümlədən aztəminatlı və imtiyazlı) baş çəkərək onlara ərzaq yardımları paylayıblar.

Füzuli rayon icra Hakimiyyətinin əməkdaşları həmçinin vətəndaşlarla yerlərdə maarifləndirici söhbətlər aparır, xüsusi karantin rejiminin qaydalarına riayət etmələrinin onların özlərinin və yaxınlarının sağlamlığı üçün vacibliyini diqqətə çatdırırlar.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam