Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Füzuli rayonunda - yaşlı insanlara və aztəminatlı ailələrə yardım aksiyası keçirilir

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Füzuli rayonu ərazisində karantin rejimi çərçivəsində qabaqlayıcı tədbirlər, sosial izolyasiya işləri davam etdirilir.

Yenixeber.org: Sözsüz ki, karantin rejimi zamanı ən çox əziyyət çəkən insanlar tənha yaşayan, yaşı 65-dən yuxarı olan, o cümlədən aztəminatlı və imtiyazlı ailələrdir. Füzuli rayon icra Hakimiyyətinin təşəbbüsü ilə mütəmadi olaraq xüsusi karantin rejiminin qaydalarına uyğun olmaqla çölə çıxa bilməyən, tənha yaşayan insanlara, eləcə də aztəminatlı ailələrə yardım aksiyası keçirilir.

Bu günlərdə Füzuli rayon icra Hakimiyyətinin əməkdaşları və yerli könüllülər rayonun müxtəlif kənd və qəsəbələrində yaşayan 50 ailəyə (tənha, yaşı 65-dən yuxarı olan, o cümlədən aztəminatlı və imtiyazlı) baş çəkərək onlara ərzaq yardımları paylayıblar.

Bu nəcib təşəbbüsü razılıq hissi ilə qarşılayan insanlar göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prerzidentinə və Birinci Vitse-prezidentə minnətdarlıqlarını bildiriblər.

Füzuli rayon icra Hakimiyyətinin əməkdaşları həmçinin vətəndaşlarla yerlərdə maarifləndirici söhbətlər aparır, xüsusi karantin rejiminin qaydalarına riayət etmələrinin onların özlərinin və yaxınlarının sağlamlığı üçün vacibliyini diqqətə çatdırırlar.

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam