Redaktor seçimi
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
Günün xəbəri

“Ən azı 20 icra başçısı birdəfəlik öz vəzifəsini itirəcək” - Proqnoz 

 

“Ən azı 20 icra başçısı birdəfəlik öz vəzifəsini itirəcək” -

2020-ci il artıq qapının astanasındadır. Odur ki, hansı heyvanın ilin sahibi olacağını və bu dəyişikliklərin hər birimizə nə vəd edəcəyini öyrənməyin vaxtıdır.

Yenixeber.org: Şərq təqviminə görə, yeni il Ağ Metal Siçan üzərində təhvil olacaq.

Tanınmış astroloq Səbuhi Rəhimli qarşıdan gələn siçan  ili ilə bağlı gözləntilərini və proqnozunu  açıqlayıb.

Astroloq siçan ilinin hava və torpaq ünsürlü bürclərə daha çox şans gətirəcəyini bildirib:

“Hər ilin öz aparıcı planeti olur, 2020 siçan ilinin də  aparıcı planeti Saturndur.  Saturnun himayəsində isə dolça və oğlaq bürcüdür. Siçan ilində adətən  iki bürc aparıcı olacaq. Dolça və oğlaq da bu ilin komandan bürcləri sayılır. 

Bu bürclərdən biri hava ünsürlüdür, (Dolça) digəri isə torpaq ünsürlü. (Oğlaq)  Bu da ona  sirayət edir ki, torpaq və hava   ünsürlü bürclər (Buğa, Qız, Oğlaq,  Əkizlər, Tərəzi, Dolça) digərlərinə nəzərən daha şanslı və enerjili olacaqlar. 

Hər ilin qoroskopuna görə də “Dostluq üçbucağı”  deyilən üç il var. Hər ilin özündən başqa iki dostu olur. Siçan ilinin  dostları isə meymun və əjdahadır. Bu ilin aparıcı  zodiak illəri arasında isə bu üç il şanslıdır”. 

Astroloq Siçan ilində  Azərbaycan siyasətində gözlənilən hadisələri də açıqlayıb:

“2020-ci ildə ən azı 20 icra başçısı birdəfəlik öz vəzifəsini itirəcək. Onlar üçün yerdəyişmə olmayacaq, birbaşa vəzifələrini itirəcəklər”. 

S.Rəhimli siçan ilinin Azərbaycan iqtisadiyyatına da müsbət təsir edəcəyini bildirib:

“Siçovul ili tərəqqi, iqtisadi inkişaf, bolluq üçün uğurlu illərdəndir. İllər arasında qoyun, pişik və siçan ili bərəkətli illərdir. Siçan ili ruzinin bol olacağı illərdən sayılır. Bu da iqtisadiyyata müsbət təsirini göstərəcək. Statistikaya görə bu il meyvə-tərəvəzin bol olması ilə səciyyələndirilir”.(yenisabah)

Əsmətxanım


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam