Redaktor seçimi
Anar Əlizadə Abromoviçin də yaxtasını Türkiyədə gizlədib -
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Günün xəbəri

KİV haqqınında dəyişikliklərin media orqanlarına təsiri

 

Rauf Arifoğlu: “Bizim üçün kifayət qədər ciddi problem və çətinliklər yaradacaq”; Mehman Əliyev: “Bu günə qədər də qanunlar sərtləşdirilib, amma tətbiq olunmayıb”

"Xeberinfo.com":  Xəbər verdiyimiz kimi, Milli Məclis “KİV haqqında” Qanuna bir ildə eyni media qurumunun 2 dəfə məhkəmə cəzası aldığı halda fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət məsuliyyəti yaranması barədə dəyişikliyi rəsmiləşdirib.

Ədliyyə Nazirliyi il ərzində məhkəmənin qərarı ilə iki dəfə məsuliyyətə cəlb edilən KİV-in istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldıra bilər. İndiyədək belə bir iddianın qaldırılması üçün tələb olunan məsuliyyətə cəlb edilmə hallarının sayı üçə bərabər idi.
 
 
Media ekspertləri və redaktorların bu dəyişikliklə bağlı fərqli fikirləri var. 
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu dəyişikliyə müsbət yanaşmır: “Mətbuatla bağlı parlamentdə müzakirə olunan əlavə və dəyişikliklər məhdudlaşdırmadır, antidemokratik mahiyyət kəsb edir. Bizim üçün kifayət qədər ciddi problem və çətinliklər yaradacaq. Ona görə də  ”KİV haqqında" Qanuna əlavə və dəyişiklikləri müsbət baxımdan qəbul edə bilmərəm".
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə bu qanunla bağlı fərqli düşünür. Onun sözlərinə görə, Azərbaycanda sistem başqa cür tətbiq olunur: “Prinsipcə sistem belədir ki, artıq media ilə bağlı məsələlər yuxarı səviyyəli icra orqanları tərəfindən həll edilir. Məhkəmə müstəqil deyil, çünki yuxarıların iradəsindədir. Hər hansı qərar verirlərsə, məsələn, kimisə tutmaq, hansısa media orqanının fəaliyyətini dayandırmaq, bunu edirlər”. 
Müsahibimiz bildirdi ki, son illər bununla paralel qanunlar da sərtləşdirilir. Amma bu qanunlar çərçivəsində jurnalistlərin həbsini, qəzetlərin bağlanmasını görməmişik: “O məsələlər tamam başqa motivlərlə icra edilir. Yəni qanunlar sərtləşdirilib, amma tətbiq olunmayıb. Jurnalistləri media fəaliyyəti ilə bağlı yox, tamam başqa motivlərlə həbs ediblər. Amma bu qanun medianı çərçivəyə salmaq və xəbərdarlıq etməkdir. Heç kim sığortalana bilməz ki, bu, ona qarşı tətbiq olunmayacaq. Bilmirəm ki, bundan sonra jurnalistlərə qarşı bu qanundan istifadə edəcəklər, ya yox. Amma məqsəd jurnalist və redaksiyaları qorxutmaqdır”. 
“Ayna-Zekalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı “Turan” İA-ya açıqlamasında bu dəyişikliyi “qeyri-ciddi və əhəmiyyətsiz” adlandırıb. O, buna qədər qanunda bu məsələ ilə bağlı 3 dəfə cəza aldıqda belə məsuliyyətin yaranması haqda müddəa olduğunu xatırladıb və indiyə kimi həmin maddənin gerçəkdə tətbiq olunmadığını vurğulayıb.
Hüquqşünas Ələsgər Məmmədli bu dəyişikliyi mətbuat azadılığını məhdudlaşdırmaq kimi dəyərləndirib. Bu dəyişikliyin Avropa Konvensiyasının ifadə azadlığı  müddəaları ilə ziddiyyət təşkil etdiyini nəzərə çatdırıb:
“Bu dəyişklik əslində mətbuat və ifadə azadlığına qanunvericilik vasitəsilə basqın etməkdir”.  

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam