Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

İsa Qəmbər: Rauf Arifoğlunun İlham Əliyevdən mükafat alması...

 

"Gənc dostlarımızdan Turxan Qarishga mənə belə bir sualla müraciət edib. “Isa bəy, gözlər həm də sizdədir. Rauf Arifoglunun partiyadan istefası və sizin rəqibiniz olan İlham Əliyev-dən mükafat alması haqda nə deyə bilərsiz? Günün ən çox müzakirə olunan məsələsidir”

 

"Xeberinfo.com":  Məlumata görə, bu sözləri Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər sosial şəbəkədəki hesabında yazıb. O, suala cavabını da qeyd edib: "Turxan bəy, məncə, proses kifayət qədər şəffaf gedib və Rauf Arifoğlu öz mövqeyini, qərarlarını dəfələrlə aydın şəkildə ifadə edib, xüsusən də partiyadan çıxmasını ətraflı izah edib. Sizin suallara da Rauf bəyin cavabları ortadadır. Suallarınıza İlham Əliyevdən də cavab ala bilsəydiniz mənzərə tamamlanardı.
Rauf Arifoğlunun İlham Əliyevdən mükafat alması (İlham Əliyevin Rauf Arifoğluna mükafat verməsi) bu iki şəxsin barışığı kimi qiymətləndirilə bilər. Şəxslərin barışına bir söz deyilməz, amma İlham Əliyevlə barışmaq rejimlə barışmaq deməkdir. 
Və bu şəraitdə Rauf Arifoğlunun Müsavatdan çıxması məntiqli addımdır, çünki biz müsavatçılar hesab edirik ki, rejimlə barışmaq vətənimizin, xalqımızın sərvətlərinin oğurlanması ilə, insanlarımızın azadlıqlarının məhdudlaşdırılması ilə, ölkəmizdəki korrupsiya və rüşvətxorluqla, haqsızlıq və ədalətsizliklə, yüzlərlə siyasi məhbusun və girovun olması ilə barışmaq deməkdir. 
Müsavatçılar üçün bu mümkün deyil."

“İsa Qəmbərin mənimlə bağlı "Facebook"da yazdığı statusa xüsusi bir iradım yoxdur. Sadəcə olaraq İsa bəyin gəldiyi bir sıra qənaətlər var. Mənim fəaliyyət prioritetlərimdən biri də o olacaq ki, bu cür qənaətlərlə bağlı yaxın gələcəkdə İsa bəy əvvəlki fikrindən növbəti dəfə daşınacaq. Mən çalışacağam ki, bu belə olsun”. Bunu isə APA-ya “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib.
 
R. Arifoğlu Müsavat Partiyasının sabiq başqanının ona qarşı heç bir ittiham irəli sürmədiyini bildirib: “Orada İsa bəy heç bir ittiham səsləndirməyib. Sadəcə, fikirlərini söyləyib. Mən də o fikirlərə hörmət edirəm. Amma dediyim kimi, mənim fəaliyyətim şəffafdır. Başqa bir sahədə yox, media sahəsindəyəm. Mənim fəaliyyətimi hər kəs görəcək, o cümlədən də İsa bəy... Yəqin ki, İsa bəy çox diqqətli, keyfiyyətli oxucu kimi bizim fəaliyyətimizi bundan sonra da izləyəcək və görəcək ki, narahatlığa heç bir əsas yoxdur”.
 
“Yeni Müsavat” qəzetinin baş redaktoru qeyd edib ki, “Əməkdar jurnalist” fəxri adı alması münasibətilə İ. Qəmbər onu təbrik etməyib: “Təbrik gözləyirdim, amma etmədi. Bu statusdan sonra isə heç gözləmirəm”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam