Redaktor seçimi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Günün xəbəri

“Hörmətli Elçin müəllim, özgəsinin pulunu saymayaq…” –Elçin Əlibəyliyə cavab

sakit ocaqliSakit Ocaqlı, telejurnalist, Qarabag müharibəsi veteranı

Məni bu yazını yazmağa vadar edən Elçin Əlibəylinin müxtəlif saytlarda yayımlanan “Mədəniyyət Nazirliyinin mədəniyyətdən xəbəri yoxdur” sərlövhəli məqaləsi oldu.

İlk olaraq onu deyim ki, məqalənin başlığı ilə məzmunu arasında uyğunsuzluq var. Mən adi bir jurnalist olaraq yazının qərəzli formatda yazılmasını anladım və bu fikirlərimi bölüşmək istədim. Əvvəla, yazıda mədəniyyət sahəsindən daha çox telekanallardan danışılır. Aydındır ki, müəllif özü də teleaparıcıdır və bu sahənin problemlərinə bələd adamdır. Mən də 36 ildir ki, Azərbaycan Televiziyasında çalışıram, reytinqli verilişlərin müəllifiyəm. Qeyd edim ki, Elçin Əlibəyli öz yazısında çox böyük yanlışlığa yol verib. Çünki Mədəniyyət Nazirliyinin telekanallara rəhbərlik etmək və ya hansısa göstəriş vermək səlahiyyəti yoxdur.

O ki qaldı müəllifin dediyi “Mədəniyyət immuniteti” məsələsinə, bu dəyər hər bir insanın canında, qanında, əxlaqında və təfəkküründə olmalıdır…

Xarici qüvvələrin təsirindən xalqı qoruyan qüvvələrə gəldikdə isə, narahat olmayın Elçin bəy, bu işlə məşğul olan müvafiq dövlət qurum və strukturları var. Həmkarım sadəcə ünvanı səhv salıb. Ola bilsin ki, belə bir başlığın verilməsi Elçin bəyin nazirlə “şəxsi məsələ” müstəvisi ola bilər.

Avropa standartlarını, Qərb sindromunu təcrübə kimi göstərən jurnalist həmkarım bir həqiqəti yaddan çıxarır ki, Azərbaycan Belçika deyil .

İzlədiyimiz telekanallar və internet saytlarında Mədəniyyət Nazirliyinin bir gün ərzində keçirdiyi çoxsaylı tədbirlərə və reallaşdırdığı layihələrə diqqət yetrisək görərik ki, bu qurum nə qədər böyük işlər görür, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin inkişafı sahəsində əməli addımlar atır.

…Əlbəttə, Prezident İlham Əliyevin ötən həftə mədəniyyət və incəsənət xadimləri ilə keçirdiyi görüş bütün xalq tərəfindən böyük razılıqla qarşılanıb. Orada irəli sürülən təklif və problemlərin həll olunması istiqamətində əməli addımların atıldığı bir vaxtda sizin bir aktyorun, ya da bir sənət adamının həmin görüşə dəvət olunmamasından narahatçılığınıza da heç bir əsas yoxdur. Prezident bu cür görüşlərin gələcəkdə tez-tez və daha geniş formatda keçiriləcəyini bəyan etdi. Çünki bu görüş mahiyyət etibarı ilə olduqca səmimi və duyğusal bir görüş idi. Sizin də qeyd etdiyiniz kimi, həmin teatrın direktoru Azərpaşa Nemətov və xalq artisti Hacı İsmayılov bu görüşdə iştirak edirdilər…

Ümumiyyətlə bu görüşdən sonra dövlət başçısının teatrlarla bağlı qəbul etdiyi qərarlar, verdiyi sərəncamlardan ölkə başçısının bu görüşə nə qədər əhəmiyyət verdiyi aydın görünür. Bəli, Prezident İlham Əliyevin xalq artisti Rasim Balayevə zəng etməsini ölkə ictimaiyyəti çox yüksək qiymətləndirir və böyük rəğbətlə qarşılayır… Bu məsələ ilə baglı nazir də fikirlərini bölüşüb.

O ki qaldı televiziya kanallarına ayrılan vəsaitlə bağlı sizin söylədiyiniz o rəqəmlər, hörmətli Elçin müəllim, özgəsinin pulunu saymayaq, yumşaq desək, heç də yaxşı iş deyil. Bu vəsait dövlətin büdcəsindən konkret məqsədlərlə ayrılan vəsaitdir. Maliyyə hesabatları ilə baglı Hesablama Palatası müvafiq yoxlamalar aparır və nəticələrlə baglı Milli Məclisə də hesabat verir.

Verilişlərin bədii-estetik səviyyəsi ilə bağlı fikirləri isə tamaşaçı və mütəxəssislər deyə bilər. Azərbaycan televiziyasının verilişlərinin səviyyəsi və əxlaqi baxımdan yükü də sizin öz verilişinizdə qaldırdıgınız məsələlərlə bir ölçüyə gələ bilməz. Azərbaycan Televiziyası elə ona görə də ailə televiziyası statusu qazanıb. Bu statusu bu gün də qoruyub saxlayır, bu sahədə möhkəm bazaya əsaslanan ənənələr də davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam