Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakı şəhər Mədəniyyət Baş İdarəsinə yeni rəis təyinatı- FOTO

Bakı şəhər Mədəniyyət Baş İdarəsinə yeni rəis təyinatı

Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinə yeni rəis təyinatı olub.

Yenixeber.org: Bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, bu vəzifəyə Cəlil Bəhram oğlu Məlikov təyin edilib.

Qeyd edək ki, C.Məlikov 1984-cü ildə Bakı şəhərində anadan olub. 1990-2000-ci illərdə 189 nömrəli məktəbdə təhsil alıb, 2004-cü ildə isə Bakı Dövlət Universitetini “Turizm və sosial mədəni servis xidməti” ixtisası üzrə bitirib.

C.Məlikov 2002-2004-cü illərdə “Space” müstəqil teleradio şirkətində rejissor, 2004-2005-ci illərdə “ABC Construction” şirkətində satış və marketinq üzrə menecer və 2005-2006-cı illərdə “Hyatt Regency Baku” mehmanxanasında müxtəlif vəzifələrdə işləyib.

2007-ci ildən Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsində məsləhətçi, aparıcı məsləhətçi, böyük məsləhətçi, Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsində sektor müdiri və Nazirliyin Protokol sektorunun müdiri vəzifələrində çalışıb.

2018-ci ilin avqust ayında mədəniyyət nazirinin köməkçisi vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin sərancamı ilə 2016-cı ildə “Tərəqqi” medalı ilə təltif edilib.

Ailəlidir, 2 övladı var.

Xatırladaq ki, Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinə bu təyinatadək Vüqar Zeynalov rəhbərlik edib. O, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə başçısı təyin edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam