Ahıllar Gününə həsr olunan tədbir keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Bilgəh qəsəbəsində yerləşən Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət məssisəsində Beynəlxalq Ahıllar gününə həsr edilmiş tədbir keçirilib.
Yenixeber.org: ƏƏSMN-dən verilən məlumata görə tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar bütün sahələrdə olduğu kimi, sosial müdafiəyə ehtiyacı olan insanların da rifah halının yaxşılaşdırılmasına yönəlib. Bu islahatların mühüm istiqamətlərindən biri də ahıl insanların sosial müdafiəsinin gücləndirilməsinə və layiqli həyat şəraitinin təmin edilməsinə hədəflənib.
Nazir əlavə edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər ƏliyevFondunun prezidenti Mehriban xanım Əliyevanın sosial cəhətdən həssas olan əhali kateqoriyaları ilə bağlı olan təşəbbüsləri bu sahəyə olan dövlət qayğısının bariz nümunəsidir. Heydər Əliyev Fondu tərəfindən sosial xidmət müəssiələrində, Qocalar evində mütəmadi olaraq xeyirxah aksiyalar, dövlət himayəsində yaşayanlara xoş hisslər bəxş edən tədbirlər təşkil olunur.
S.Babayev məlumat verib ki, hazırda ölkədə əmək pensiyaçılarının 333 minə yaxını ahıl vətəndaşlardır. Onlardan 204 mini qadın, 129 min nəfəri kişidir. Ahıl pensiyaçıların 208 min nəfəri 70-80, 115 min nəfəri 80-90 yaşlarında, 10 min nəfəri isə yaşı 90-dan yuxarı olan vətəndaşlardır. Nazir bildirib ki, yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 246,36 manata çatıb və son on ildə sosial müavinətlərin orta aylıq məbləği 3 dəfədən çox artırılıb.
Nazir qeyd edib ki, Nazirliyin müvafiq struktur bölmələri tərəfindən əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlil və sağlamlıq imkanları məhdud uşaqlara, xəstəliyin terminal (son) mərhələsində olan şəxslərə evdə (səyyar) sosial xidmət göstərilir. S.Babayev məlumat verib ki, Nazirliyin Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində 226 nəfər ahıl şəxs dövlət təminatında yaşayır.
Nazirliyin sosial xidmət müəssisələrində yaşayan pensiyaçıların əmək bazarına qaytarılması üçün işlər aparılır. Bu məqsədlə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə “Yaşlı könüllülər” layihəsinin həyata keçirilməkdədir. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevbildirib ki, “Yaşlı könüllülər” layihəsi yalnız sosial xidmət müəssisələrində yaşayan şəxslərlə məhdudlaşmayacaq. Pensiya yaşına çatmış digər şəxslər də könüllülük fəaliyyətinə cəlb edilməklə onların əmək qabiliyyəti qiymətləndiriləcək, uyğun aktiv məşğulluq tədbiri üzrə əmək bazarına qaytarılması istiqamətində işlər görüləcək.
Ü.Mehdiyev ƏƏSMN ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Yaşlı könüllülər” layihəsinin əhəmiyyətini vurğulayaraq pensiya yaşına çatmış insanların işləmək həvəslərinin bu layihənin ərsəyə gəlməsinə təkan verdiyini bildirib. Sədr məlumat verib ki, layihə iştirakçıları bir ay ərzində “Könüllülüyün yaşı yoxdur” şüarı altında ASAN xidmət mərkəzlərində uşaqlar üçün ayrılmış oyun guşəsində balacaların qeydiyyatının aparılması və onlara nəzarətin həyata keçirilməsi, vətəndaş axınının idarə olunması, müraciətlərin müvafiq bölmələrə yönləndirilməsi, xidmətlərlə bağlı rəy sorğularının götürülməsində və s. işlərdə yardımçı olublar.
Tədbirdə “Yaşlı könüllülər” layihəsinin iştirakçılarına sertifikatlar və hədiyyələr təqdim olunub. Sonra ahıllara Təhsil Nazirliyinin Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin dərnək üzvləri olan uşaqlar tərəfindən hazırlanmış əl işləri, təsviri sənət nümunələri və digər hədiyyələr verilib.
Tədbir Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin uşaqlarının hazırladıqları xüsusi musiqili proqramla davam edib.