Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Prezident Beynəlxalq Əmək Təşkilatının baş direktorunu qəbul edib- YENİLƏNİB

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Beynəlxalq Əmək Təşkilatının baş direktoru Qay Rayderin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Yenixeber.org: Beynəlxalq Əmək Təşkilatının baş direktorunun Azərbaycana ilk dəfədir səfər etdiyini deyən Qay Rayder bu səfəri həyata keçirməyindən dərin məmnunluq hissi duyduğunu vurğulayıb. Dövlət başçısını yenidən prezident seçilməsi münasibətilə təbrik edən Qay Rayder Prezident İlham Əliyevin inauqurasiya mərasimindəki çıxışını diqqətlə izlədiyini qeyd edərək, orada əmək və sosial məsələlərlə bağlı söylənilən fikirlərin çox böyük maraq doğurduğunu bildirib. O qeyd edib ki, Prezident İlham Əliyevin əhalinin rifah halının daha da yaxşılaşdırılması, sosial müdafiəsinin təmin edilməsi, iş yerlərinin yaradılması ilə bağlı söylədiyi fikirlər mühüm əhəmiyyət daşıyır. Qay Rayder rəhbərlik etdiyi təşkilatın Azərbaycanla uğurlu əməkdaşlıq həyata keçirdiyini vurğulayaraq, bu səfərin əlaqələrimizin möhkəmlənməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.
Təbrikə və xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Bakıda keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda beynəlxalq konfransın əhəmiyyətini qeyd edib. Dövlət başçısı son illər ərzində Azərbaycan iqtisadiyyatının inkişafı, o cümlədən əhalinin əmək və sosial təminatı istiqamətində mühüm işlər görüldüyünü, xüsusilə işsizliyin sürətlə azaldılması ilə bağlı böyük uğurların əldə edildiyini deyib. Prezident İlham Əliyev Azərbaycanda ənənəvi olan və sürətli iqtisadi inkişaf nəticəsində baş verən demoqrafik artımla əlaqədar ölkə qarşısında gələcəkdə yeni iş yerlərinin yaradılması kimi mühüm vəzifənin durduğunu bildirib və bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirildiyini vurğulayıb. Dövlət başçısı Beynəlxalq Əmək Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlığın önəminə toxunaraq bu əməkdaşlığın uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam