Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Bu xəstəlikləri olanlara oruc tutmaq olmaz- SİYAHI

 Ramazan ayının gəlməsi ilə birlikdə insanlar oruc tutmağa başladı
Bəs hər kəsə oruc tutmaq olarmı? Hansı xəstələrə oruc tutmaq olmaz?


Yenixeber.org: Bu sualların cavabını sizə təqdim edir.
 
Reflyuks, xora, mədəaltı vəzi, qaraciyər,qəbizlik problemi olan şəxslər xüsusilə həkimlə məsləhətləşməmiş oruc tutmamalıdır.
 
Mədə tərkibinin (turşusunun) patoloji şəkildə mədədən ezofaqusa (qida borusuna) doğru geri gəlişi qastro-ezofageal reflyuksdur. Xəstələr döş qəfəsinin arxasında yanma şikayəti ilə müraciət edirlər.
 
Uzun müddət ac qaldıqdan sonra diqqətsizcə yüksək kalorili və çox miqdarda qidalanma reflyuksu artıran ən önəmli səbəblərdən biridir. Buna görə də həkimlər reflyuks xəstələrinə oruc tutmağı məsləhət görmür.
 
Xora xəstəliyi mədənin və ya onikibarmaq bağırsağın selikli qişasında xora qüsurunun əmələ gəlməsi ilə xarakterizə olunur. Xora xəstləri narahat olmamaq üçün balanslı şəkildə qidalanmalı, həkimi ilə məsləhətləşib, iftar menyusu tərtib etməlidir.
 
Kəskin pankreatit mədəaltı vəzin fermentativ autoliz prosesi nəticəsində ödəmi və ya aseptik nekrozu ilə başlayıb, ikincili irinli infeksiyanın qoşula bilməsi ilə xarakterizə olunan xəstəlikdir. Xroniki pankreatit,i kəskin pankreatit, pankreas xərçəngi kimi mədəaltı vəzi xəstəliyi olan insanlar mütləq oruc tutmazdan əvvəl həkiminin razılığını almalıdırlar. Ramazan ayı boyunca uzun müddət aclıq yaşanmasına baxmayaraq, iftar və sahurda yeyilən yüksək kalorili xəmir yeməkləri və şirniyyatlar görə kilo idarəsi çətinləşir.
 
Bədən çəkisində bu qısa müddətli artım qaraciyərdə yağlanmaya gətirib çıxarır. Ona görə də qaraciyər problemləri yaşayan xəstələr də həkimləri ilə məsləhləşib, iftar menyusu tərtib etməlidir.

Mənzər Qurbanova 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam