Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Xəstəliklərdən qurtulmağın tək ünvanı

 

 

AZƏRBAYCAN TİBB UNİVERSİTETİNİN TƏDRİS TERAPEVTİK KLİNİKASINI BELƏ DƏ ADLANDIRMAQ OLAR

 

            “xeberinfo.com”: Azərbaycan insanının xəstəlikdən qurtulmaq, şəfa tapmaq ümüdü ilə, müxtəlif xarici ölkələrə üz tutması təəssüf doğuracaq ənənəyə çevrilib. İran, Türkiyə, Avropanın səhiyyə müəssisələri qapılarını böyük həvəslə həmvətənlərimizin üzünə açırlar. Bəli, böyük həvəslə, ona görə yox ki, hansısa xəstəyə şəfa verməkdən zövq alırlar, ona görə ki, para qazanırlar, para. Əksər hallarda da xaricdə uğursuz həkim müdaxilələrinin fəsadlarını məhz bizim yerli mütəxəssislər aradan qaldırmalı olurlar. Belə faktlar azdırmı? Xaricə sağalmaq arzusu ilə gedib, vətənə şikəst dönənlərin hər birimiz şahidiyik.

Bir müddət əvvəl akademik, millət vəkili Əhliman Əmiraslanov bununla bağlı Milli Məclisdə kəskin danışmış və bu ənənəni “Tibbi turizm” adlandırmışdı. Akademik şəfa tapmaq azusu ilə xaricə üz tutmağın əhəmiyyətsiz və təhlükəli olduğunu konkret istinadlarla əsaslandırmışdır.

Bəli, bu gün Azərbaycan səhiyyəsində uğurlardan danışmaq olar. Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası da bu uğurlardan biri və bəlkə də ən başlıcasıdır. 

Bakı şəhərində Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası müasir Universitet Klinikalarının tələblərinə cavab verən tibb mərkəzidir. Klinika Prezident İham Əliyevin 11 sentyabr 2007-ci il tarixli sərəncamına əsasən inşa edilmiş, 2010-cu il oktyabırın 1-də istifadəyə verilmişdir.  Ümumi sahəsi 25 000 m2 olan 15 mərtəbəli 400 çarpayılıq klinikada 20-dən çox tibb elmləri doktoru, 200-dən çox tibb üzrə fəlsəfə doktoru, o cümlədən 19 professor, 49 dosent, 9 əməkdar elm xadimi, 11 əməkdar həkim, bütövlükdə 220 yüksək ixtisaslı həkim və digər mütəxəssislər çalışır.

            Tam kompüterləşdirilmiş klinikada dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir tibbi avadanlığın mövcudluğu terapevtik, kardioloji, endokrinoloji, qastroenteroloji, nefroloji, revmatoloji, pediatrik, nevroloji xəstəliklərin müasir dünya standartlarına uyğun diaqnostika və müalicəsini aparmağa imkan verir. Klinikada stasionar şöbələr və konsultativ-diaqnostik poliklinika fəaliyyət göstərir. Poliklinikada hər gün 300-350 xəstəyə konsultativ diaqnostik və müalicəvi yardım göstərilməsinə imkan var. Poliklinikanın funksional kardiologiya bölməsində ürək funksiyaları, elektroensefaloqrafiya və elektromioqrafiya kabinetlərində beyinin və sinir-əzələ sisteminin fəaliyyəti, ultrasonoqrafiya kabinetlərində isə daxili orqanların vəziyyəti peşəkar mütəxəssislər tərəfindən müayinə edilir.

            Klinikanın Reanimasiya və İntensiv Terapiya Şöbəsində uşaqlar və böyüklər üçün reanimasiya və intensiv terapiya otaqları fəaliyyət göstərir. Burada həyati vacib funksiyaları dayanmış, yaxud kəskin pozulmuş və ya pozulması gözlənilən xəstələr yerləşdirilir və onlara 24 saat ərzində xidmət göstərilir. Reanimasiya və intensiv terapiya şöbəsi yüksək texnologiya ilə təchiz olunan bir sistem əsasında qurulmuşdur. Şöbədə ATU-nun çoxillik təcrübəyə malik professor-müəllim heyəti ilə yanaşı Türkiyədə, Rusiyada təhsi almış yüksək ixtisaslı həkimlər və Universitet rəhbərliyinin göndərişi ilə müxtəlif xarici ölkələrdə təcrübə keçmiş tibbi personal fəaliyyət göstərir. Burada miokard infarktı, insult, diabetik koma, sepsis və s. onlarla ağır xəstəliyin ən müasir protokol və qaydalara uyğun müalicəsi aparılır.

            Klinikanın Fizioterapiya kabinetində yuxarı tənəffüs yollarının, dayaq hərəkət, mərkəzi və periferik sinir sistemlərinin, mədə-bağırsaq traktının iltihabi xəstəlikləri, sümük-əzələ sisteminin zədələnmələri, arteriya venaların, LOR-üzvlərin xəstəlikləri, qadın xəstəlikləri müayinə və müalicə edilir.

             Klinikanın Mərkəzi Laboratoriyasında dünya universitetlərinin laboratoriyalarında istifadə olunan biokimyəvi, mikrobioloji, immunoloji, genetik və digər analizatorlar mövcuddur. Həmin cihazlarda Dünya Səhiyyə Təşkilatının qəbul etdiyi standartlara uyğun biokimyəvi analizlər aparılır. Mikrobioloji laboratoriyada sepsis törədiciləri isə ən qısa müddətə avtomatik sistemlə ayırd edilir, törədici mikroblar avtomatik sistemlə identifikasiya olunur və antibiotiklərə həssaslığı dəqiq təyin edilir. Virus hepatitlərinin diaqnozu isə ən yeni protokolların tələblərinə uyğun həyata keçirilir. Burada qida, tənəffüs və pediatrik allergiyaların səbəbi aşkar olunur; revmatoid artrit, sistem qırmızı qurdeşənəyi və s. autoimmun və onkoloji xəstəliklərə erkən diaqnoz qoyulur. Ən müasir, xüsusi peşəkarlıq tələb edən mürəkkəb molekulyar-genetik analizlər xaricdə təhsil almış yüksək ixtisaslı mütəxəssislər tərəfindən aparılır. Laboratoriyada analiz verən xəstələr dünyanın istənilən ölkəsindən şəxsi kodları ilə klinikanın www.amuclinic.com saytına daxil olaraq nəticələrini əldə edə bilərlər.

            Şüa diaqnostikası şöbəsində rentgen, mammoqrafiya və kompüter tomoqrafiya kabinetleri fəaliyyət göstərir. Rəqəmsal rentgen cihazları mürəkkəb xəstəliklərin vaxtında və dəqiq diaqnozunun qoyulmasına imkan verir. Rentgenoloji təsvirlərin konpüterin yaddaşında saxlanılmaqla arxivləşdirilməsi müalicənin effektivliyinə  təminat verir. Mammoqrafiya cihazı süd vəzisinin dəqiq müayinəsini həyata keçirir. Bu cihaz vasitəsilə, hətta süd vəzi xərçənginə dair 8-10 il sonraya proqnoz vermək mümkündür. Kompüter tomoqrafiya cihazı bütün orqanlarda patologiya və anomaliyaların dəyərləndirilməsində son dərəcə vacib məlumatlar verə bilir.

            Tədris Terapevtik Klinikada stasionar və diaqnostik (angioqrafiya) bölmələrdən ibarət Ürək-Damar Mərkəzi fəaliyyət göstərir. Mərkəzin Angioqrafiya bölməsində Türkiyədə təhsil almış invaziv kardioloq və radioloqlar çalışır. Bu şöbədə ürək, beyin və periferik orqanların damarları müayinə edilir, angioplastika əməliyyatları icra olunur.  

            Efferent terapiya mərkəzində quraşdırılmış müasir dializ aparatları ilə böyrəklərinin funksiyaları itirilmiş şəxslərə yardım göstərilir. Endoskopiya bölməsində qida borusu, mədə və bağırsaq xəstəlikləri dəqiq müəyyən edilir, endoskopik cərrahi müdaxilələr, həmçinin mədəaltı vəzin, öd yollarının stendlənməsi kimi çətin əməliyyatlar xaricdə təhsil almış mütəxəssis tərəfindən həyata keçirilir.

            Klinakada 204 kompüteri özündə birləşdirən şəbəkə bütün tibbi sənədləşmə prosesini sürətlə reallaşdırmaq,  arxivləşdirmək, görüntüləri və laborator müayinələrin nəticələrini müalicə həkimlərinə, eləcə də dünyanın hər hansı ölkəsindəki mütəxəssisə ötürmək imkanına malikdir. Bir sözlə, xəstənin müayinəsinin nəticələrini yazılı və ya film şəklində xarci ölkələrə aparmağa ehtiyac qalmır. Klinikada rəqəmsal avadanlıq və böyük yaddaşa malik serverler imkan verir ki dünyanın istənilən ölkəsində xəstənin kodunu yığmaqla bütün məlumatları əldə edəsən. Burada dünyanın müxtəlif ölkələrinin nüfuzlu klinikaları və tibb mütəxəssisləri ilə vidio-bağlantı yaratmaq, müzakirələr aparıb, məsləhətləşmək imkanı vardır.

            Beləliklə, Azəraycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası geniş müalicə-diaqnostika imkanları, peşakar mütəxəssisləri ilə vətəndaşlarımızın xidmətindədir.

 

Kamandar

 

 

 






 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam