Saatlı rayonunun Fətəli kəndində yerləşən və “Cheesella MMC” (cheesella_mmc) adı ilə fəaliyyət göstərən pendir istehsalı sexində mövcud vəziyyət ciddi narahatlıq doğurur.
Yenixeber.org: Redaksiyamızın elektron poçtuna göndəırilən məlumatlardan aydın olur ki, müəssisə Tofiq Rzayevə məxsusdur və burada ağ pendir, saçaqlı pendir, qalav pendiri və kərə yağı kimi süd məhsulları istehsal olunur. Lakin müşahidələr zamanı istehsal sahəsində antisanitariya və natəmizlik hallarının geniş vüsət aldığı, sanitar-gigiyenik normaların kobud şəkildə pozulduğu görünür.
Məhsullar heç bir qoruyucu geyim, əlcək və müvafiq gigiyenik vasitələrdən istifadə olunmadan daşınır, açıq şəkildə götürülüb qoyulur, saxlanılır və qablaşdırılır. Sex daxilində çirk, nizamsızlıq və gigiyena çatışmazlığı açıq şəkildə nəzərə çarpır.
Mövcud vəziyyət istehsal olunan qida məhsullarının keyfiyyəti və təhlükəsizliyi ilə bağlı ciddi suallar yaradır. Qeyd olunan hallar istehlakçıların sağlamlığı üçün real təhlükə mənbəyidir.
Məsələ ilə bağlı aidiyyəti qurumların, xüsusilə Qida Təhlükəsizliyi Agentliyinin bu vəziyyətə susqun qalması maraq doğurur.(bizimesr.az)
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.










AZ
RU
