Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə yeni təyinat olub-FOTO

 

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə yeni təyinat olub.

Yenixeber.org-un məlumatına görə, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədrinin müvafiq əmri ilə Səbuhi Qurbanova Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən həmin kollecin direktoru vəzifəsinin icrası həvalə olunub.

Qeyd edək ki, S.Qurbanov ötən il həmin kollecin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdi.

O, bakalavriat təhsilini Bakı Dövlət Universitetində "Riyaziyyat", magistratura təhsilini isə Azərbaycan Dövlət İqtisad Universitetində "Biznesin təşkili və idarə edilməsi" ixtisasları üzrə alıb. Əmək fəaliyyətinə Şəki şəhər 11 nömrəli orta məktəbdə riyaziyyat müəllimi kimi başlayan S.Qurbanov sonradan həmin məktəbdə direktor müavini, Şəki şəhər 20 nömrəli orta məktəbdə direktor, həmçinin Şəki-Zaqatala Regional Təhsil İdarəsində baş məsləhətçi vəzifələrində çalışıb.

2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam