Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Özəl tibb müəssisələrinə qarşı tələblər sərtləşdiriləcək

 

Azərbaycanda tibb müəssisələrinə verilən lisenziyanın ləğv olunması prosesinin daha da sadələşdirilməsi və dəqiqləşdirilməsi ilə bağlı qanun layihəsi hazırlanıb

"Xeberinfo.com":  Məlumata görə, bunu “Trend”-ə müsahibəsində Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.
Millət vəkilinin sözlərinə görə, bəzi tibb müəssisələri onlara yaradılan şəraitdən sui-istifadə edərək qanunları ciddi şəkildə pozurlar: “Yəni müəssisə hansı sahə üzrə lisenziya alıbsa, o sahə üzrə də fəaliyyət göstərməlidir.
Bir də görürsən ki, stomatologiya üzrə lisenziya alıb, amma abortla məşğuldurlar. Ona görə də bir müddət əvvəl Azərbaycanda özəl müəssisələrdə tibbi xidmətin tənzimlənməsi, onlara lisenziyaların verilməsi ilə bağlı bəzi addımlar atıldı, bu qaydaların pozulmasına görə cərimələr 8 min manatadək artırıldı. Hazırda Səhiyyə Nazirliyi bu sahəyə çox ciddi nəzarət edir. Amma bəzən qanunları pozan özəl tibb müəssisələrinin lisenziyalarının ləğv olunmasında müəyyən problemlər yaranır. Ona görə də bundan sonra onlara verilən lisenziyanın ləğv olunması prosesi sadələşdiriləcək”.
H.Rəcəbli qeyd edib ki, eyni zamanda xaricdən Azərbaycana gələn həkimlərə də ciddi nəzarət olunur. Bu sahəyə nəzarəti Səhiyyə Nazirliyinin bununla bağlı lisenziya verən müvafiq idarəsi həyata keçirir.
Komitə sədrinin fikrincə, Azərbaycanda digər sahələrdə olduğu kimi, səhiyyə sistemindəki problemlər də getdikcə aradan qaldırılacaq. Artıq bu sahədə dövlət tərəfindən ciddi işlər görülür və məsələlər zaman-zaman tənzimlənir: “Niyə insanlar müalicə üçün Azərbaycandan İrana gedirlər? Bunun bir neçə səbəbi var. Qeyd edim ki, İranda bəzən alınan müalicələr sonra heç effekt də vermir.Buna baxmayaraq, guya ucuz olduğuna görə vətəndaşlarımız ora qaçırlar. Amma bizim həm dövlət, həm də özəl tibb müəssisələrimizdə normal müayinə və müalicə aparılır. Məsələn, bizim yaxşı göz, mədə-bağırsaq, onkoloji həkimlərimiz var. Onların bəziləri dünya şöhrətli həkimlərdir. Buna baxmayaraq, bizim səhiyyə sistemimiz hələ təkmilləşməlidir. Elə etməliyik ki, xaricə gedib müalicə almaq istəyənlərin sayı azalsın.Təbii ki, xaricdə müalicə almaq istəyənlər həmişə olacaq. Bu, insanların öz seçimi və maddi imkanları ilə bağlıdır. Amma vaxt keçdikcə müalicə olunmaq üçün Azərbaycandan kənara gedən insanların sayı azalacaq”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam