Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Rubio:ABŞ və Avropa keçmişdə birgə çoxsaylı səhvlərə yol veriblər

 

ABŞ və Avropa keçmişdə birgə çoxsaylı səhvlərə yol veriblər və indi bu faktları etiraf etməyə, irəliləməyə və itirilənləri bərpa etməyə borcludurlar.

Yenixeber.org xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Münxen Təhlükəsizlik Konfransında bildirib.

"Digər ölkələr hərbi güclərini misli görünməmiş sürətlə artırdığı və maraqlarını irəli çəkmək üçün güc tətbiq etməkdən çəkinmədiyi bir vaxtda, biz suverenliyimizi beynəlxalq strukturlara verdik. İqlim kultuna uymağa çalışaraq, biz özümüzə enerji siyasətini təlqin etmişik, bu da xalqlarımızı yoxsullaşdırır. Eyni zamanda rəqiblərimiz neft, kömür, təbii qaz və digər hər şeydən təkcə iqtisadiyyatlarını enerji ilə təmin etmək üçün deyil, həm də bundan bizə qarşı təzyiq vasitəsi kimi istifadə etmək üçün yararlanırlar. Sərhədsiz dünya qurmaq arzusu ilə biz cəmiyyətlərimizin bütövlüyünü, mədəniyyətimizin davamlılığını və xalqlarımızın gələcəyini təhdid edən misli görünməmiş kütləvi miqrasiya dalğasına qapıları taybatay açdıq. Bu səhvləri biz birgə etmişik. Və indi birgə xalqlarımız qarşısında bu faktları etiraf etməyə və itirilənləri bərpa etmək üçün irəliləməyə borcluyuq", - Rubio deyib.

Onun sözlərinə görə, Prezident Donald Trampın dövründə ABŞ gələcəyə baxışa əsaslanaraq yenilənmə və dirçəliş vəzifəsini yenidən öz üzərinə götürəcək.

"Zərurət yaranarsa bunu təkbaşına etməyə hazır olsaq da, bizim seçimimiz və ümidimiz bunu sizinlə, Avropadakı dostlarımızla birgə etməkdir", - o bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam