Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Əhliman Əmiraslanovu kim əvəzləyəcək?: ÖZƏL

     

 

 Sabir Əliyev, Vaqif Şadliniski, yoxsa ...?

Xeberinfo.com:  Sonuncu parlament seçkilərində mandat qazanmış rektorlardan biri də Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov oldu. Konistitusiya Məhkəməsinin seçkinin nəticələrini təsdiqindən sonra 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən qalib olmuş akademik rektor postundan ayrılmalı olacaq: məlum qanunvericiliyə uyğun olaraq.

Tibb Universiteti kimi reytinqli bir ali məktəbin rektoru olmaq isə çoxlarının arzusudur. Artıq bu istiqamətdə müəyyən çabaların olması ilə bağlı məlumatlar yayılmaqdadır. Xeberinfo.com-a daxil olan məlumata görə rektorluq postu uğrunda mübarizəyə universitetin bir neçə tanınmış siması qatılıb. Bu sırada xüsusi ilə tədris işləri üzrə prorektor Sabir Əliyevin və anatomiya kafedrasının müdiri Vaqif Şadliniskinin adları hallanır.

71 yaşlı prorektorun ilk iş yeri də məzunu olduğu Tibb Universiteti olub. 1972-ci ildən müxtəlif vəzifələrdə çalışıb və nəhayət 2001-ci ildən prorektor postundadır. Əhliman Əmiraslanovun ən etibarlı adamı sayılır. Deyilənə görə Sabir Əliyevin universitetdə ikinci söz sahibi olması rektorla qohumluq əlaqəsindən doğub. İndi isə hörmətli Əmiraslanov qohumunu rektor postunda görmək istəyir. Hətta universitetdən xeberinfo.com-a verilən məlumata görə akademik nüfuzundan, şəxsi əlaqələrindən yararlanaraq müəyyən dairələrə qohumunun xahişini edib. Hələlik cavab yoxdur.

Digər namizəd, 75 yaşlı Vaqif Şadliniski də Tibb Universitetinin məzunu olub və müxtəlif vəzifələrdə (Proketor da olub.) çalışıb, hazırda ən böyük kafedra sayılan anatomiya kafedrasının müdiridir. Vaqif Şadliniski ilə bağlı vəziyyət Sabir Əliyevlə müqayisədə fərqlidir. Cənab Şadliniski daha çox sərbəst, müstəqil qərar qəbul edib, addım atan şəxs kimi tanınır. Görünür bu fərqlilik onun mənsub olduğu şəcərənin, soy adının verdiyi ruhdan qaynaqlanır. Onun bir vaxtlar Azad Mirzəcanzadə kimi nəhənglə mübarizəsi də məlumdur... Əhliman Əmiraslanovla münasibətlərinin də sıcaq olmadığı deyilir. Nə qədər qəribə səslənsə də məhz daxili azadlığı səbəbindən də o rektorluq postuna az şanslı sayılır.

Tibb Universitetindəki digər mənbəmizdən isə fərqli məlumat aldıq. Nə Sabir Əliyev, nə də Vaqif Şadliniski-rektorluğa real namizəd başqasıdır. Sözsüz ki, Əhliman Əmiraslanova yaxınlığı ilə tanınan birisi.

 

 

Azad        


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam