Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Abdin Fərzəliyev Məmmədli kəndində makler Ceyhun Mirzəyevlə hansı şərtlərlə razılıq əldə edib? -İLGİNC

media-803
Məmmədli kəndində kənd təsərrüfatı təyinatı torpaqlarda qanunsuz həyət evi tikib satan makler Ceyhun Mirzəyevi hansı məmurlar himayə edir?
Yenixeber.org: Son illər Paytaxt və ətraf rayonlarda kənd təsərrüfatı təyinatı torpaqlarda qanunsuz həyət evi tikilməsi halları çoxalıb. Qanunverciliyə görə bu təyinatlı torpaqlar yalnız əkin sahəsi üçün istifadə olunar. Ancaq ev tikintisi ilə məşğul olan bir çox makler-işbazlar yerli icra hakimiyyətləri ilə əlbir olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda həyət evləri tikərək satırlar.
AzFakt.com-a daxil olan məlumata görə Abşeron rayon Məmmədli kəndində də kənd təsərrüfatı təyinatı torpaqlarda həyət evlərinin tikilməsi sürətlə aparılır.
Qeyd edilir ki, Ceyhun Mrzəyev adlı makler Məmmədli kəndində kənd təsərrüfatı təyinatı torpaqlarda qanunsuz həyət evi tikərək satışını həyata keçirir. Ceyhun Mrzəyev ev satdığı şəxslərə kənd təsərrüfatı təyinatı torpaq üçün verilən çıxarışı təqdim edir. Abşeron rayon İcra Hakimiyyəti ilə “anlaşaraq” qanunsuz tikinti aparan Ceyhun Mrzəyev tikdiyi evlərə su,işıq və  qaz sayğacları da quraşdıra bilir. Məlumata görə Ceyhun Mirzəyev Abşeronda yerləşən “Azərişıq”, “Azərsu” və “Azərqaz”-ın rayon şöbələri ilə “anlaşaraq” bu sayğacları alır. Adıçəkilən şəxsin Məmmədli kəndində kənd təsərrüfatı təyinatı torpaqlarda xeyli sayda qanunsuz ev tikərək satdığı deyilir. Məlumatda qeyd edilir ki, Ceyhun Mirzəyev arxasında ciddi məmurların dayandığını özü etiraf edir. Əgər bu belə olmasaydı Məmmədli kəndində inşa edilən qanunsuz həyət evlərinin tikintisinə Dövlət Şəhərsalma və Arxektura Komitəsi və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi müdaxilə edərdi.
Məsələ ilə bağlı araşdırmamız davam edir. Yaxın günlərdə Məmmədli kəndində kənd təsərrüfatı təyinatı torpaqlarda aparılan qanunsuz tikintilərlə bağlı reportajımızı oxuculara təqdim edəcəyik.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam