Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İsmayıllı meşələrində "ağac soyqırmı": Meşə materialı daşıyan maşın ələ keçdi-FOTOLAR/VİDEO


İsmayıllı meşələrində "ağac soyqırmı": Meşə materialı daşıyan maşın ələ keçdi


İsmayıllı rayonu ərazisində qanunsuz yolla əldə edilən ağac materiallarının daşınması faktı aşkarlanıb.
Yenixeber.org: Həmin ağaclar İsmayıllı meşələrində kəsilib.
Məlumatı verən mənbə məsələnin arxasında Şahdağ Milli Parkının İsmayıllı bölməsində sahə müfəttişi Əfqan Qəribov dayanır. Hətta iddia olunur ki, o, ağac daşıyan “ZİL” markalı yük maşınını saxlayan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarını buna görə təhdid edib.
Faktla bağlı redaksiyamıza video və foto faktlar da göndərilib.
Qaynarinfo məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən verilən açıqlamada bildirilir:
“2026-cı il fevralın 2-dən 3-nə keçən gecə İsmayıllı rayonu ərazisində qanunsuz yolla əldə edilmiş ağac materialının “ZİL” markalı avtomobillə daşınması faktı Nazirliyin əməkdaşları tərəfindən aşkarlanıb və 3 fevral tarixində aktlaşdırılıb. Hazırda faktla bağlı araşdırma davam edir”.
Əfqan Qəribovun özündən məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.
Əfqan Qəribovun adı bir neçə dəfə ağac kəsilməsində hallanıb. Hətta mediada gedən məlumatlara görə, o, keçmiş nazir Muxtar Babayevin dövründə vəzifəsindən azad edilib. Muxtar Babayev nazir karyerası ilə vidalaşdıqdan sonra isə Əfqan Qəribov yenidən işə götürülüb. Lakin o, bu dəfə başqa vəzifəyə təyin edilib.(Qaynarinfo)


VİDEO LİNKDƏ: https://qaynarinfo.az/az/ismayilli-meselerinde-agac-soyqirmi-mese-materiali-dasiyan-masin-ele-kecdi-foto-video-2




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam