Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

VERGİLƏR ÖZƏL KLİNİKALARI ÇÖKDÜRÜR

 

Proqnozlara görə, əhalinin şəfa dalınca qonşu ölkələrə gedənlərin sayı daha da artacaq
"Xeberinfo.com":  Məlumata görə, son günlər rəhbər vergi orqanlarında aparılan müəyyən struktur dəyişikliklərindən sonra bütün səlahiyyətləri bir əldə cəmləmiş Vergilər Nazirliyi özəl səhiyyə sektoruna qarşı tələblərini gücləndirib. Bu barədə Musavat.com-a səhiyyə sistemində çalışan məlumatlı mənbə xəbər verib.
Verilən məlumata görə, bir neçə günün içində təkcə Bakı şəhərində olan 150-yə yaxın özəl tibb müəssisəsində “xronometraj” yoxlaması başlayıb. Yoxlamaların xüsusi tapşırıqla və məqsədli olması vergi müfəttişlərinin davranışlarından açıq-aydın hiss olunur. Xronometraj sona çatdıqdan sonra hər bir tibb müəssisəsi üçün əvvəlcədən müəyyən edilmiş rəqəm sahibkara elan edilir.
Əldə etdiyimiz məlumatlara görə, özəl tibb müəssisələrinə qoyulan aylıq vergi ödənişlərin miqdarının 30-50% və bəzi yerlərdə 100% (ikiqat) artırılması nəzərdə tutulur. Bu isə təxminən 20-50 min AZN miqdarında aylıq ödəniş deməkdir vergi orqanları ilə özəl sektor arasında bir müddət əvvəl partnyorluq sazişinin imzalanmasına baxmayaraq sonuncunun bütün tələbləri inkar edilir.
Proqnozlara görə, yeni qaydalar ilk növbədə tibbi xidmətlərin bahalaşmasına və tibb müəssisələrinə müraciətlərin azalmasına gətirib çıxaracaq. Musavat.com-a danışan səhiyyə işçisi qeyd edir ki, bu islahat bir tərəfdən tibb xidmətlərinin məcburi bahalaşmasına, digər tərəfdən əhalinin kütləvi şəkildə tibbi xidmətlərin Azərbaycandan qat-qat aşağı olan qonşu ölkələrə – İrana və Gürcüstana üz tutmasına gətirib çıxaracaq: “Bu tendensiya artıq hiss olunmaqdadır. Yaranmış situasiya sahibkarların onsuz da ürəkaçan olmayan durumunu daha da ağırlaşdıra və özəl sektorun zəifləməsinə, çöküşünə gətirib çıxara bilər. Özəl sektorun sıxışdırılması isə öz növbəsində dövlətin real vergi ödəyicilərinin çəkisinin kəskin azalması və büdcə kəsirinin artması deməkdir. Beləliklə, qüsurlu dövran yaranır. Xəstələrin qonşu ölkələrə üz tutması indiki iqtisadi sıxıntılar dövründə ölkəmizdən böyük maliyyə axını deməkdir. Məs., il ərzində xaricə müalicəyə gedən 50.000 nəfərin hər biri ən azı 1.000 AZN pul xərcləsə bu 50 milyon AZN deməkdir. Real rəqəmlər bundan qat-qat yüksəkdir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam