Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Deputatlığa namizəd pirə getdi, “mandat duası” oxudu -BU NƏDİ BELƏ?!

97 saylı Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsindən deputatlığa namizəd Anar Məmmədov seçki kampaniyası çərçivəsində pirlərdən birini ziyarət edib.

Yenixeber.org xəbər verir ki, deputatlığa namizədin piri ziyarət etməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Onun seçicilərlə görüşməli olduğu vurğulanıb. Amma görünür ki, Anar Məmmədov mandat üçün seçicilərdən səs istəmək əvəzinə, pirdə dua edir. Bildirək ki, dairədə namizədlərin sayı 6 nəfər olsa da, əsas mübarizə 3 namizəd arasında gedir. Bu dairədən namizədlərdən üçü – Tərtər şəhər İcra Nümayəndəsinin işçisi Gülşən Əlizadə, işsiz Şahpələng Əzimli və Kəlbəcərin 94 saylı məktəbinin direktoru Tapdıq Həsənov sadəcə, say çoxluğu üçün ortalıqda vardırlar. Realda isə onların nə səs toplamaq, nə də seçki təşviqatı aparmaq gücü var. Elə bu səbəbdəndir ki, 97 saylı seçki dairəsində üç əsas namizəd arasında “savaş” gedir. Belə ki, Şəhriyar Məcidzadə, Anar Məmmədov və Qələndər Muxtarlı arasında mübarizə elə təbliğatdan da məlumdur.

Anar Məmmədovun rəqibləri arasında Məcidzadə məşhur batalyon komandiri, Tərtərin müdafiəsini təşkil edən mərhum Sərdar Həmidovun oğludur. Digər şəxs Bozqurdlar Partiyasının qurucularından olan Qələndər Muxtarlıdır.(Tribunainfo)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam