Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Bu 40 nəfər ilk dəfə deputat seçildi –SİYAHI

 

"İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondu və Fransanın "Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutunun birgə keçirdiyi "exit poll”un nəticələri açıqlanıb.


Yenixeber.org: "Exit poll”un nəticələrinə əsasən, Milli Məclisə ilk dəfə deputat seçilən şəxslərin siyahısı belədir:

 

"Exit polla” görə, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən Səbinə Xasiyeva, 14 saylı Xəzər seçki dairəsindən Sultan Məmmədov, 16 saylı Yasamal ikinci seçki dairəsindən Erkin Qədirli, 17 saylı Yasamal üçüncü seçki dairəsi Elnur Allahverdiyev deputat seçiliblər.

 

24 saylı Nizami birinci seçki dairəsindən Könül Nurullayeva, 27 saylı Sabunçu ikinci seçki dairəsindən Əliabbas Salahzadə, 29 saylı Səbail seçki dairəsindən Nigar Arpadarai, 31 saylı Suraxanı ikinci seçki dairəsindən Etibar Əliyev, 32 saylı Suraxanı üçüncü seçki dairəsindən Afət Həsənova, 35 saylı Xətai üçüncü seçki dairəsindən Rauf Arifoğlunun deputat mandatı qazandığı bildirilir.  

 

Eyni zamanda, qeyri-rəsmi açıqlamaya görə, 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsindən Müşviq Cəfərov, 41 saylı Sumqayıt birinci seçki dairəsindən Hicran Hüseynova, 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən Emin Hacıyev, 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən Müşviq Məmmədov, 46 saylı Şirvan seçki dairəsindən İltizam Yusifov, 50 saylı Abşeron – Qobustan seçki dairəsindən Şahin Seyidzadə, 53 saylı Quba-Qusar seçki dairəsindən Anatoli Rafaelov, 54 saylı Şabran-Siyəzən seçki dairəsindən Sadiq Qurbanov, 56 saylı Xaçmaz kənd seçki dairəsindən Sevil Mikayılova, 57 saylı Kürdəmir seçki dairəsindən Əminə Ağazadə, 59 saylı Salyan seçki dairəsindən Jalə Əhmədovanın da adı deputat mandatı qazanan şəxslər siyahısındadır.

62 saylı Saatlı seçki dairəsindən Əziz Ələkbərli, 63 saylı Sabirabad birinci seçki dairəsindən Kamal Cəfərov, 64 saylı Sabirabad ikinci seçki dairəsindən Ramin Məmmədov, 66 saylı Biləsuvar seçki dairəsindən Bəhruz Məhərrəmov, 70 saylı Masallı şəhər seçki dairəsindən Məşhur Məmmədov, 71 saylı Masallı kənd seçki dairəsindən Anar İsgəndərov, 79 saylı İmişli seçki dairəsindən Razi Nurullayev, 84 saylı Füzuli seçki dairəsindən Vüqar Bayramov, 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən Məzahir Əfəndiyev, 91 saylı Ucar seçki dairəsindən Ramil Həsən, 93 saylı Bərdə şəhər seçki dairəsindən Fatma Yıldırım, 96 saylı Goranboy-Naftalan seçki dairəsindən Anar Məmmədov, 99 saylı Şəmkir kənd seçki dairəsindən Nurlan Həsənov, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən Elşad Mirbəşiroğlu, 102 saylı Samux-Şəmkir seçki dairəsindən Nizami Səfərov da ilk dəfə Milli Məclisə mandatı qazananlardandır.

 

104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Arzu Nağıyev, 113 saylı Şəki şəhər seçki dairəsindən Vüqar İsgəndərov, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən Ceyhun Məmmədov, 122 Xankəndi seçki dairəsindən Tural Gəncəliyev, 123 saylı Kəlbəcər seçki dairəsindən Aqil Məmmədov parlamentə düşüb.

 

Qeyd edək ki, bunlar rəsmi məlumat deyil.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam