Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının TENDERİ YOXLANILMALIDIR

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının TENDERİ YOXLANILMALIDIR

Yenə Gəncə Şəhər Birləşmiş Xəstəxanasından xəbər var. Sözügedən xəstəxanada bu ilin o fəsli olmadı ki, tender elan edib maliyyə əldə etməsinlər. Müasir xəstəxanalar, poliklinikalar olduğu, heç bir avadanlığa ehtiyac olmadığı halda tender keçirmək şübhə doğurur.

Yenixeber.org: TƏBİB-in üzərinə düşür ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının aldığı tender maliyyəsini ciddi yoxlasın. Bu ilin sonuna az qalmasına baxmayaraq, ilin əvvəlindən ortasına kimi dəyəri 3 milyon manatdan artıq olan tender keçirən Gəncə Şəhər Birləşmiş Xəstəxanası yenə iki tender keçirərək, 150 min manat tender qalibi olubdur.

Xəstəxana “PROMATECH GROUP" MMC ilə “Mal materiallarının alınması”na görə məbləği 73.186,51 AZN-lik, Rayonlararası İstehsalat Kombinatı ilə “Müəssisələrdə cari təmir işləri Z.Məmmədov adına xəstəxana” tenderinə görə məbləği 75.521,91 AZN olan müqavilə imzalayıb.

Bildirmək yerinə düşər ki, “PROMATECH GROUP" MMC-nin qanunu təmsilçisi Esmira Məhərrəm qızı Əliyevadır, nizamnamə kapitalı isə 20 AZN-dir. Rayonlararası İstehsalat Kombinatının direktoru isə Nəsib Məhərrəm oğlu Həsənovdur, nizamnamə kapitalı isə 20 AZN-dir.(Hurriyyet.az)

Mövzuya qayıdacağıq.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam