Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

“Sədərək Yusif”in oğlunu Ramiz Mehdiyevə köməkçi təyin etdirmək PLANI -Milyonlar necə sığortalanırdı?

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb olunub.
 
Yenixeber.org: Bu hadisədən sonra Ramiz Mehdiyevlə əlaqələri olan bir sıra vəzifəli şəxslərin, o cümlədən iş adamlarının adları ifşa olub. Onlardan biri də “Sədərək” Ticarət Mərkəzinin sahibi “Sədərək Yusif”  ləqəbi ilə tanınan Yusif Qədiməliyevdir.
Yerli mətbuatın və bir sıra tanınmış jurnalistin yazdıqlarına əsasən, Yusif Qədiməliyevə məhz Ramiz Mehdiyev himayədarlıq edib. Mehdiyevin bu dəstəyi sayəsində “Sədərək” Ticarət Mərkəzində baş verən pozuntulara uzun illər göz yumulub.
“Sədərək Yusif”in oğlunu vəzifəyə gətirmək üçün xərclədiyi milyonlar Yusif Qədiməliyevlə Ramiz Mehdiyev arasındakı münasibətlər sadəcə himayədarlıq məsələsi ilə yekunlaşmayıb.
Bunun üçün Yusif Qədiməliyevin oğlu Mehman Əli Həsənova köməkçi təyin edilib.
Əli Həsənovun qapısında oturan Mehman Qədiməliyev bir müddət ictimai-siyasi şöbədə inkişaf edib, baş məsləhətçi səviyyəsinə qədər yüksəlib, dövlət qulluqçusu rütbələri alıb.
Əli Həsənov ilə bütün səfərlərə gedən Mehman eyni zamanda bir növ maliyyə məsələləri üzrə köməkçi rolunu da oynayıb.
Ondan sonra, 2015-ci ildə Əli Həsənov Mehman Qədiməliyevi Ramiz Mehdiyevin köməkçisi vəzifəsinə təyin etdirmək istəyib.
Yusif Qədiməliyev bu məqsədlə Ramiz Mehdiyevdən şəxsən xahiş edib. Lakin istəyinə nail ola bilməyib. Nəticədə Mehman Qədiməliyevin arzusunda olduğu bu vəzifəyə Fatma Abdullazadənin namizədi təyin edilib.
Mehman Qədiməliyev vaxtilə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsində yüksək vəzifə tutub və Əli Həsənovun rəhbərliyi altında çalışıb.
Onu da bildirək ki, Ramiz Mehdiyevin 4 aylıq ev dustaqlığı qərarından sonra mətbuatda Yusif Qədiməliyevin şəxsi kapitalının bir hissəsini xaricə köçürməsi barədə məlumatlar yayılıb.(bizim.media)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam