Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“Nar” gənclər üçün yeni iş imkanları yaratmağa davam edir -FOTOLAR

“Nar” ADA Universitetində təşkil olunan 11-ci  karyera sərgisində iştirak edib. Artıq ənənə halını almış sərginin əsas məqsədi tələbə və məzunları bir araya toplayaraq onların işəgötürənlərlə peşəkar əlaqələr qurmasına dəstək olmaq, eləcə də işəgötürənlərin bacarıqlı kadr axtarışlarını asanlaşdırmaqdır.

Yenixeber.org: Karyera sərgisi zamanı ADA-nın 1500-ə yaxın tələbə və məzunu şirkət və qurumların təqdim etdiyi müxtəlif karyera fürsətləri barədə ətraflı məlumat əldə ediblər.“Nar”ın İnsan resursları komandası da öz növbəsində gələcəyin mütəxəssislərinə peşələrinin iş mühitindəki real tələbləri barədə məlumat verib. Həmçinin şirkətin əməkdaşları gələcəkdə karyerasını telekommunikasiya sahəsində davam etdirmək istəyən gənclərə cari vakansiyalar barədə məlumat verərək dəstək olublar. Eyni zamanda mobil operatorun təcrübə və təqaüd proqramından yararlanmaq istəyən tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, təhsilin inkişafına dəstək  “Nar” sosial fəaliyyətinin əsas istiqamətlərindəndir. Mobil operatorun bu sahədə gördüyü genişmiqyaslı layihələri ilə buradan tanış ola bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam