Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İş saatının dəyişdirilməsi nəyə lazımdır?

 

Baş nazirin müavini Abid Şərifovin Azərbaycanda iş saatının dəyişdiriləsi ilə bağlı təklifi bir çox sahələrdə müzakirə mövzusuna çevrilib

 

"Xeberinfo.com":  Ekspertlər bu addımın paytaxtda tıxac probleminin aradan qaldırılmasında effekt verəcəyini söyləsələr də, bəzi mütəxəssislər bunun tam əksini düşünür.
İqtisadçı Vüqar Bayramov Azvision.az-a bildirib ki, iş saatlarının dəyişdirilməsi təbii ki, tıxacların aradan qaldırılması və sıxlığın azaldılması deyil, həm də iqtisadi baxımdan vacibdir. 
Onun sözlərinə görə, Avropanın əksər ölkələrində olduğu kimi dövlət, özəl və təhsil müəssisələrinin fərqli iş saatlarında işə başlaması və fərqli saatlarda işi başa çatdırması imkan verir ki, vətəndaşalar tıxacda az zaman sərf etsinlər. Bu da xüsusən avtomobildən istifadə edərək işə gələnlərin yanacağına qənaət deməkdir: “Tıxacın aradan qaldırılması, onun iqtisadi təsirlərinin azaldılması ilə, eləcə də iş saatlarının dəyişdirilməsi ilə bağlı təklifi iki il öncə Nazirlər Kabinetinə təqdim etmişdim. Təbii ki, yanacağa qənaət edilməsi baxımından iş saatlarının vaxtının dəyişdirilməsi vacibdir. 
Bundan başqa iş vaxtlarının dəyişdirilməsi zamana qənaət deməkdir. İnsanların tıxacda az zaman sərf etmələri imkan verir ki, onlar tıxacda qaldıqlar müddəti başqa işlərə sərf etsinlər. Bizim qiymətləndirmələr göstərir ki, işçilər orta hesabla bir saat yarım vaxtlarını tıxacda itirirlər. Hər bir zamanın dəyəri var. Zaman itkisinin azaldılması istirahət və ya başqa işlərlə məşğul olmağa imkan verəcək. Hətta vaxt itkisini işləyərək kompensasiya etmək mümkündür”. 
Ekspert deyir ki, iş vaxtları özəl, dövlət, bank sektorunun iş saatları elə uyğunlaşdırılmalıdır ki, fərqli sektorlarda işləyənlər bir- birilərin xidmətlərindən istifadə edə bilsinlər: “Azərbaycanda bütün sektorlar üzrə iş vaxtlarının eyni saatda başlaması və eyni nahar fasiləsi dövlət qurumlarında işləyənlərin, özəl sektorun xidmətindən daha geniş istifadə etməsinə imkan vermir. Dövlət qurumunda işləyən şəxsin iş vaxtı bitən zaman özəl sektor və bankda iş vaxtı bitir. Eləcə də nahar fasiləsi eyni saatda olduğundan hər hansı xidmətdən istifadə etmək mümkünsüz olur. Amma fərqli iş saatlarının olması və fərqli saatlarda bitməsi imkan verəcək ki, dövlət qurumları , xüsusən də bank sektorunun xidmətlərindən istifadə etmək mümkün olsun. 
Əgər banklar işə saat 10-da başlayıb, 19 və ya 19:30 da işi başa çatdıracaqsa, bu dövlət və özəl sektorda işləyənlərə bankın xidmətlərindən istifadə etmək imkanı yaradacaq. Eyni zamanda bank sektorunda çalışanlar hər hansı dövlət qurumunun xidmətindən istifadə etmək istəyirsə saat 10:00-kimi dövlət qurumuna müraciət edə biləcəklər. İşlərin bir saat fərqi ilə başlaması fərqli nahar fasiləsi deməkdir. Bu da həmin müddətdə müxtəlif sektorların bir-biri ilə işləməsi deməkdir”.
Millət vəkili Vahid Əhmədov isə hesab edir ki, iş vaxtlarının dəyişdirilməsinin heç bir önəmi yoxdur: “İş vaxtlarının dəyişdirilməsi Azərbaycan dövlətinə, millətə müsbət nəisə verirsə dəyişmək olar. Onsuz da özəl şirkətlərin özlərinin vaxtları var. Dövlət müəssisələrinin də iş vaxtı saat 9-da başlayır. Bunu təzədən yeniləməyin nə mənası var?”.
İş saatlarının vaxtının bir saat fərqi ilə dəyişdirilməsinin tıxacın və sıxlığın aradan qaldırılmasına heç bir aidiyyatı olmadığını deyən millət vəkilinin sözlərinə görə, tıxacın aradan qaldırılması üçün başqa işlər görülməlidir.
“Əgər bunu tıxacın qarşısının alınması ilə əlaqələndirirlərsə, bu, sıxlığın qarşısını alan deyil. Bunun üçün başqa yollar axtarmaq laızmıdır. İş saatlarının dəyişdirilməsi nə dərəcədə effekt verəcək, onu demək olmaz. İnanmıram ki, bu metod effekt versin. İstər hökumət , istərsə də qeyri-hökumət təşkilatları olsun bunlar hamısı bir-biri ilə əlaqədar işləyirlər. Bunun ona, onun da buna işi düşür. Odur ki, bu, effekt verməyəcək. Bu baxımdan iş vaxtlarının dəyişçdirilməsinin tərəfdarı deyiləm”. 
V. Əhmədov hesab edir ki, bir saat fərqi olsa belə o zaman da yollarda sıxlıq olacaq. 
Qeyd edək ki, Baş nazirin müavini Abid Şərifov Ans-ə müsahibəsində Azərbaycanda iş saatı dəyişdirilməsi ilə bağlı açıqlama verib. O, bildirib ki, Azərbaycanda institutlar, dövlət müəssisələri eyni zamanda işə başlayır: “Əksəriyyəti 9-da, ya da doqquzun yarısında. Biz bu qərarı qəbul etməmişdən qabaq, mən sizə konkret sxemlərdə təqdim edə bilərəm ki, hansı ölkələrdə necədir. Avropa ölkələrinin hamısında, yalnız Avropa ölkələri yox, bütün dünyada belədir”.
Abid Şərifov deyib ki, özəl sektorda iş saatının daha tez başlaması tövsiyə edirlər: “Biz özəl sektora göstəriş verə bilmərik. Biz aidiyyəti qurumlarımızdan xahiş edirik, tövsiyə edirik ki, özəl sektorla danışıqlar aparsın. Onlar işə başlamalıdırlar saat 8-in yarısından səkkizəcən. Dövlət sektoru- 9-un yarısından 10-un yarısına qədər. Bank sektorunda isə iş saat 10-dan başlamalıdır”.
Bu il Avropa Oyunları zamanı nəqliyyatda tıxacın və şəhərdə sıxlığın qarşısını almaq üçün iş saatının müxtəlif saatlarda başlaması haqda qərar verilmişdi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam