Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Avropa Oyunları zamanı tıxac problemi aktual olacaq”

 

Kamran Əliyev: “Hətta oyunlar zamanı zərurət olmadığı hallarda avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulmayacaq”

 

"Xeberinfo.com":  Bakıda I Avropa Oyunlarının başlamasına bir aydan artıq vaxt qalmasına baxmayaraq, artıq indidən yollarda tıxaclar artmağa başlayıb. Görünən odur ki, oyunlar ərəfəsində bəzi yolların bağlanması və sürücülərin alternativ yollara istiqamətləndirilməsi tıxac problemini bir qədər də artıracaq. Belə ki, yollarda sıxlığın azaldılması məqsədi ilə dövlət qurumlarında iş vaxtı dəyişdirilsə də, bu, tıxac probleminin həllinə kifayət etməyəcək. 
Hazırda Bakı sakinlərini narahat edən ən mühüm məsələ Avropa Oyunlarının keçiriləcəyi günlərdə şəhərdə necə hərəkət edəcəkləridir. 
Mövzu ilə bağlı musavat.com-a  açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bildirdi ki, əhali bir neçə gün yollarda çətinliyə qatlaşmalı olacaq: “Avropa Oyunları ərəfəsində bəzi yollarda hərəkətə məhdudiyyətin qoyulması Azərbaycanda əvvəldən mövcud olan tıxac problemini bir qədər də artıracaq. Oyunlar ərəfəsində tıxacların daha intensiv bir hal alacağı gözlənilir. Müvafiq hökumət orqanları tərəfindən müəyyən yolların bağlanması, nəqliyyatın intensiv hərəkətinin məhdudlaşdırılması ilə bağlı qərar verilib. Bəzi yollardan yalnız xüsusi buraxılış icazəsi olan vətəndaşlar keçə biləcəklər. Bu isə digər yollarda nəqliyyatın sıxlığına və tıxacların yaranmasına səbəb olacaq. Avropa Oyunları yekunlaşana qədər tıxac problemi gündəmdə qalacaq”.  
Ekspert bildirdi ki, oyunların vaxtlı-vaxtında baş tutması, tamaşaçıların vaxtında oyun meydanlarına çata bilməsi üçün müəyyən məhdudiyyətlərin qoyulması da zərurətdir: “Burada hər hansı çıxış yolu yoxdur. Çıxış yolu yalnız insanların vaxt seçimidir. Bəzi dövlət orqanlarında iş vaxtlarının dəyişdirilməsi də məhz tıxacların aradan qaldırılmasına yönəlib. Bu da tıxac probleminin nisbətən aradan qalxmasına yardımçı olacaq. Digər tərəfdən isə Avropa Oyunlarının yay mövsüminə təsadüf etməsi də müsbət haldır. İnsanlar bölgələrə və şəhər kənarlarındakı bağ evlərinə üz tutacaq. Bağlardan şəhərə gələn yollar isə Avropa Oyunlarının keçiriləcəyi əraziyə yaxın olduğundan burada da ciddi problemlər gözlənilir. Düşünmürəm ki, bu durumu düzəltmək üçün nələrəsə nail olmaq mümkündür. Sadəcə olaraq, bu müddət başa çatana qədər həmin əziyyətlərə dözüb, yaşamaqdan başqa çıxış yolu yoxdur”. 
İ.Hüseynli vurğuladı ki, Azərbaycanda bu problemin daha kəskin yaşanmasının əsas səbəbi doğru-düzgün yol infrastrukturunun qurulmamasıdır: “Bizdə çox az hallarda alternativ nəqliyyat vasitələrindən istifadə olunur. Avropa təcrübəsinə nəzər salsaq, orada böyük şəhərlərdə tramvaylar, trolleybuslar fəaliyyət göstərir ki, bu da tıxacların qarşısını almağa kömək edir. Azərbaycanda isə bu kimi nəqliyyat növləri tətbiq olunmur. Avropa təcrübəsində yolların bağlanması, xüsusi buraxılış icazələrinin verilməsi və sair məsələlər yoxdur. Ona görə ki, orada prospektlər geniş ölçüdə tikilib. Əksər ölkələrdə velosiped, motosiklet daha çox istifadə olunur və bu da tıxacları aradan qaldırır”.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran  Əliyev isə musavat.com-a açıqlamasında qeyd etdi ki, yollarda tıxacların yaranmasının qarşısı maksimum səviyyədə alınacaq:“Bilirsiniz ki, Avropa Oyunlarının keçirilməsi ilə bağlı müəyyən küçələrdə nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulacaq. Dünən velosiped yarışlarının keçirilməsi ilə bağlı bəzi küçələrdə məhdudiyyətlər olub. Avropa Oyunları zamanı isə yalnız oyun gedən idman arenalarının ətrafındakı küçələrdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq. Burada isə əsas etibarilə park etmənin qadağan olunmasından söhbət gedir. Bu ərazilərdə park etmək qaydalarını pozmamaq şərtilə ilə həmin istiqamətdə yaşayan insanların avtomobillərinin saxlanılması barədə biz məlumat vermişik. Ancaq onu da qeyd edim ki, hətta oyunlar zamanı belə zərurət olmadığı hallarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmayacaq”. 
K.Əliyevin sözlərinə görə, xüsusilə paytaxtın mərkəzi hissəində avtomobillərin hərəkətinin intensivliyi təmin olunacaq: “Bu səbəbdən əsas marşrut nisbətən kənardan, yəni Bakı kənarkeçmə yolu, Ziya Bünyadov prospekti istiqamətindən xüsusi zolaq salmaqla oyunlara cəlb olunmuş avtomobillərin həmin yollardan keçməsi təmin olunacaq. Bununla da şəhərin mərkəzi hissəsində tıxacların yaranmaması təmin olunacaq. Ola bilər ki, insanların yarış arenalarına kütləvi axını ilə bağlı səkilər artıq piyadaları götürmək qabiliyyətində olmadıqda, həmin ərazidə avtomobil yolları bağlansın və nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulsun. Ancaq bu ərazilərdə də hərəkət çox qısa bir zaman ərzində məhdudlaşdırılacaq. Biz çalışırq ki, maksimum az zaman çərçivəsində hərəkətin məhdudlaşdırılması həyata keçirilsin”. 
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam